220 minlik maşın alan icra başçısı haqda maraqlı məlumatlar













Xəbər verdiyimiz kimi, Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədov xidməti istifadə üçün Mercedess Benz S350 model minik avtomibilinin alınması məqsədi ilə tender elan edib.

Bu elan dünəndən ölkə gündəmindədir. Xüsusilə məcburi köçkün rayonu olması üzündən mövzu kifayət qədər həssasdır və satış qiyməti 130 min dollardan başlayan avtomobil üçün elan tənqid edilir.

Bəs bu elanı verən icra başçısı haqda oxucular nə bilir? “Yeni Sabah” A. Məmmədovla bağlı bəzi maraqlı məqamları təqdim edir.

Rəsmi Vikipediya səhifəsində yazılır ki, Aqil Məmmədov 1 aprel 1960-cı ildə Kəlbəcər rayonu Ağdaban kəndində anadan olub. Ali təhsillidir. 1987-ci il də Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirib. 2009-2012-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alıb (52 yaşında?).

O, 1976-cı ilin sentyabr ayında Kəlbəcər rayonundakı “Ağdaban“ kolxozunda kolxozçu kimi əmək fəaliyyətinə başlayıb. Sonralar Bakı şəhərində və keçmiş Xanlar (hazırki Göygöl) rayonunda Həmkarlar İttifaqı, Könüllü Bədən Tərbiyəsi və İdman Cəmiyyətinin sədri, Göygöl rayon İdman idarəsinin rəisi, Göygöl rayonu “Məhsul” İdman Cəmiyyətində məşqçi müəllim, Göygöl şəhər 2 saylı tam orta məktəbində müəllim işləyib.

2006-cı ilin oktyabr ayından Kəlbəcər rayon İcra hakimiyyəti başçısı aparatında çalışır. Əvvəlcə aparatın İctimai təşkilatlar və siyasi partiyalar şöbəsində böyük referent vəzifəsində çalışıb, 2008-2013-cü ildə Kəlbəcər rayon İcra hakimiyyəti başçısının I müavini vəzifəsində işləyib. O, 4 mart 2013-cü il tarixdən isə Kəlbəcər rayon İcra hakimiyyəti başçısı vəzifəsində işləyir. Ailəlidir. 2 övladı var.

Bu icra başçısı ilə bağlı rəsmi tərcümeyi-haldır. Amma internetdə onunla bağlı kifayət qədər maraqlı iddialara da rast gəlmək mümkündür. Bu iddiaların doğru və ya yalan olması haqda heç bir fikrimiz yoxdur.

Məsələn, onların birində qeyd olunur ki, 90-98-ci illərdə A. Məmmədov Azərbaycanda fəaliyyət göstərən və o zaman ölkəmizdə geniş yayılan xristian dini sektaların birinin fəal üzvlərindən olub.

Başqa bir xəbərdə icra başçısının “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbəri Cavid Qurbanovun yaxın qohumu olduğu qeyd edilir.

Onun icra başçısı fəaliyyəti ilə bağlı da xeyli şikayətlərə rast gəlmək mümkündür. Ən çox təkrarlanan şikayətlərdən biri isə müxtəlif vəzifələrin rüşvətlə satılması iddiasıdır. Hətta bununla bağlı müvafiq dövlət qurumlarına edilmiş müraciətlər də internet mediada yer almaqdadır.

Ən maraqlı iddialardan biri isə budur. Bədən tərbiyəsi üzrə mütəxəssis olmasına baxmayaraq, icra başçısı sağlamlıq problemlərinə görə hərbi xidmətdə olmayıb.Yeni Sabah

Son xəbərlər

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Tutun bilinməyən zərərləri - Kimlər bu meyvəni yeməməlidir?

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi

Məşhur rus alim Ermənistan hava limanında saxlanıldı

Zəngilanda müşavirə keçirildi

Xətai rayonunda “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı möhtəşəm konsert proqramı təşkil edilib+VİDEO

Türk dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7 milyard dolları ötüb

Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN

Səhhəti pisləşdi, konsertləri təxirə salındı

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bakı Limanında quru yük aşırılması artıb

Azərbaycanda zəlzələ oldu

Ötən il 2,6 mlrd. manat büdcə vəsaiti banklara yerləşdirilib

Masallıdan nazirə məktub: Əmriniz əleyhimizə çevrilib - BU NƏDİ BELƏ?

Azərbaycanda hər 6 nəfərdən biri məktəblidir - Yeni statistika

İlhamə Quliyevanın bacısı qızı ilk məhkəmədə həbs olundu - FOTO

Yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı tələblərin pozulmasına görə cərimələr müəyyənləşir

Şuşada bu işləri görmək qadağan edilir

Prezident Putinə məktub göndərdi

Bütün xəbərlər