Kərim Xan vəzifəsindən kənarlaşdırıldı

Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) baş prokuroru Kərim Xan ona qarşı irəli sürülən cinsi istismar iddiaları ilə bağlı aparılan intizam prosesindən sonra vəzifəsindən kənarlaşdırılıb.

DogruXeber.tv-nin xəbərinə görə, bu barədə BMT-nin idarəetmə orqanı qərar verib.

Bildirilib ki, qurumun icra komitəsi K.Xanın işinin məhkəmənin üzv dövlətlərinin xüsusi iclasına çıxarılması barədə səs verib.

Məlumata görə, BCM-nin 21 üzv dövlətdən ibarət komitəsi Kərim Xanın fəaliyyəti ilə bağlı ciddi qanun pozuntuları olub-olmadığını müəyyənləşdirmək məqsədilə səsvermə keçirib və nəticədə onun vəzifədən uzaqlaşdırılması prosesi başlanıb.
Kərim Xan ilk dəfə 2024-cü ildə ortaya çıxan iddiaları dəfələrlə təkzib edib. İddialar Haaqadakı BCM qərargahında onunla işləyən bir qadın tərəfindən irəli sürülüb.

Qərarla bağlı sənədlərə əsasən, iş üzrə növbəti mərhələdə məsələ BCM-nin 125 üzv dövlətinə göndərilə bilər və bu, prokurorun vəzifədən tam kənarlaşdırılması ilə nəticələnə biləcək prosedurun başlanmasına yol aça bilər.

Bildirilib ki, qəbul edilən qərar yekun hökm deyil və proses hələ davam edir. Xanın özü isə daha əvvəl müvəqqəti olaraq BCM-də vəhşilik cinayətlərini araşdıran prokurorluq bölməsinin rəhbərliyindən uzaqlaşmışdı.

Komitə qərarını BMT-nin nəzarət orqanlarının hesabatları, hüquqi ekspert rəyləri və həm Xanın, həm də iddia edilən zərərçəkənin təqdim etdiyi yazılı izahatlar əsasında qəbul edib.

İddialara görə, hadisələr 2023-2024-cü illər arasında baş verib və uzunmüddətli məcburi münasibətlər, o cümlədən, işgüzar səfərlər zamanı hotel otaqları, ofis və şəxsi məkanlarda baş verdiyi iddia olunur.

Kərim Xanın vəkilləri isə bütün ittihamları rədd edərək, onun heç bir şəxsə qarşı təcavüz, vəzifə səlahiyyətlərindən sui-istifadə və ya məcburi davranışda iştirak etmədiyini bildirib.

Son xəbərlər

Rusiyanın liman və aeroportları da sanksiyalar siyahısında

Əli Əsədovdan mühüm SƏRƏNCAM

Onların məhkəməsi başlayır

Evini satanlar üçün ciddi problem: Minlərlə vətəndaş qeydiyyatsız qala bilər

Ermənistan Rusiyadan yeni “Tor” kompleksləri aldı

Tedesko yeni komandasında imzasını atdı

Hikmət Hacıyev: “Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib”

Bakının bu ərazisində göl daşdı, həyətlər çirkab su ilə doldu

AMB rəsmisi: Azərbaycan ödəniş əməliyyatlarında yeni zirvələrə çatıb

Rusiya müharibənin bitmə şərtini açıqladı

ABŞ məhkəməsi Trampın "H-1B" vizaları üçün müəyyən etdiyi 100 min dollarlıq rüsumu ləğv edib

İşləyənlərə əlavə pul veriləcək - Yeni qaydalar açıqlandı

10 məşhurun narkotik testi müsbət çıxdı

Kərim Xan vəzifəsindən kənarlaşdırıldı

İmamoğlu və Özəl silindi...

Yol tikintisi apararkən 13 min torba qızıl tapdılar

Bakının iki rayonunda işıq olmayacaq

“Mərkəzi Klinika”nın həkimi müharibə əlilinin ölümünə səbəb oldu – İDDİA

Özbəkistanda təxminən 19 500 xarici investisiyalı müəssisə qeydiyyata alınıb

Pensiya və sosial müavinətlərə bağlı yenilik

Sumqayıtda evdə meyit tapıldı

Prezidentdən Ramiz Fətəliyevlə bağlı sərəncam

ADY rəhbərliyi keçmiş əməkdaşının Feysbukda yazdığı şikayəti sildirdi

“Azərişıq” ASC Lerikin ən ucqar dağ kəndlərində elektrik şəbəkəsini yeniləyir

Sabah dövlət büdcəsinin icrası müzakirə ediləcək

ADY 2026-cı ilin may ayında 1.6 milyon tondan çox yük daşıyıb

Ruslan Quliyev vəfat etdi

Ekologiya və təbii sərvətlər nazirinə yeni müşavir təyin olundu

Gəmi ilə sərnişindaşıma reallaşa bilərmi? - AÇIQLAMA

Moskva məhkəməsi Xodorkovskini 10 il azadlıqdan məhrum edib

Bütün xəbərlər