Göygöl Peşə Məktəbində rüşvət, saxta diplom və yeyinti iddiaları

dogruxeber.tv: - Sosial şəbəkələrdə yayılan son iddialar cəmiyyətin ciddi narahatlığına səbəb olub. “Təhsildə Nəzarət” səhifəsinin paylaşdığı məlumata görə, Göygöl Peşə Məktəbinin direktoru Kəmalə Nəhmədova və baş mühasib Səadət Abbasova təhsil müəssisəsini biznes mənbəyinə çeviriblər.

İddialara görə, məktəbdə vakant yerlər gizlədilərək qanunsuz yollarla müəllimlər işə götürülür, hətta peşə məktəbinə bərbər müəllimi kimi kənar şəxslər təyin edilir. Həmin şəxslər arasında qanunsuz hərbi rəhbər də yer alır. Bu faktlar Maliyyə Nazirliyi tərəfindən araşdırılıb və nəticədə saxta diplom satışı, külli miqdarda yeyinti faktları aşkara çıxarılıb. Məlumatlara əsasən, məsələ artıq Göygöl Rayon Prokurorluğuna göndərilib və cinayət işi açılıb.

Bundan əlavə, müəssisədə çalışan anbardar Kərim adlı şəxsin vasitəsilə tələbələrin mobil telefonları əllərindən alınaraq direktor otağına çağırıldıqları, onlardan müxtəlif adlarla pul yığılaraq “cəzanı özünüz düzəldin, cərimələri ödəyək” tipli ifadələrlə təzyiq göstərildiyi bildirilir.

Bütün bu iddialar təhsildə şəffaflıq və dürüstlük prinsipinə zidd olaraq, ciddi hüquqi qiymətləndirmə tələb edir. İctimaiyyət məsələ ilə bağlı rəsmi qurumların operativ araşdırma aparmasını və günahkarların qanun qarşısında cavab verməsini gözləyir.

Həmçinin qeyd edək ki, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini, direktor səlahiyyətlərini müvəqqəti icra edən Ceyhun Kərəmov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Kəmalə Nəhmədova Göygöl Peşə Məktəbinin direktoru təyin edilib.//Bakunews.az

Son xəbərlər

Azərbaycan Türkmənistana tanker hədiyyə etdi

Cinayət törədən 83 nəfər saxlanıldı

Qızına elçi düşən şəxsi döyərək öldürdü

Aqil Şirinov: Bu il İlahiyyat İnstitutundan 59 tələbə məzun olur

Susuz qalan paytaxt, cavabsız suallar və idarəetmənin görünən nəticələri

Krımda su qıtlığı yaşanır...

Anomal istilərə görə bu ölkədə 845 məktəb bağlanacaq

Qətərdə partlayış oldu

Qırmızı təhlükə səviyyəsi elan edildi - Qarşıdan gələn həftə ölkə istidən qovrulacaq

İordaniya Kralı Azərbaycana səfərə dəvət edidi

İsveçrədə ABŞ və İran arasında keçirilən danışıqlardan tərəflər razı qalıb

Krasnodarda maçete ilə silahlanmış şəxs insanlara hücum edib, ölən və yaralananlar var

"iPhone" və "Samsung": Hansı smartfon daha uzunömürlüdür?

Bakıda Milli Parkın ərazisində meyit tapıldı

"Qarabağ"ın qapıçısı Portuqaliya klubu ilə anlaşdı

Bu ərazilərdə güclü yağış yağacaq - SON DƏQİQƏ XƏBƏRDARLIĞI

Britaniya Ukrayna üçün uzaqmənzilli raketlər hazırlayır

Rafael Fiziyev Bakıda

Aİ Ermənistana ilk yardım tranşını etdi

ABŞ-də Trampın 31 milyon dollarlıq malikanəsi söküləcək

Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb

Azərbaycanda ictimai iaşə dövriyyəsi 6 %-ə yaxın artıb

Şagirdlər niyə məktəbdəki dərsi mənimsəyə bilmirlər?

Çimərliklərdə gözlənilən hava şəraiti açıqlandı

FHN bir evin inşası, birinin isə təmirinə 170 min manat xərc yazıb

Qrossi: Bu ölkələr də nüvə silahı əldə etmək haqda düşünməyə başlayıblar

Güclü zəlzələ bu ölkənin yerini xəritədə dəyişdirib

Burj Khalifa-nın 16 illik taxtı əldən gedir

Köçəryan MSK-nı məhkəməyə verdi

Kimlər qan üçün donor ola bilməz?

Bütün xəbərlər