Qax təhsilində biabırçı mənzərə... - Yeni "vergi" icad ediblər...








Qax rayonunda fəaliyyət göstərən Qax Peşə Liseyində korrupsiya faktları, qeyri-qanuni diplom satışı və tələbələrin təqaüdlərinin mənimsənilməsi barədə yazdıqlarımızdan sonra redaksiyamıza növbəti maraqlı faktlar göndərilib. Hazırda Qax Peşə Liseyində müəllim kimi çalışan və adının açıqlanmasını istəməyən şəxsin redaksiyamıza verdiyi məlumata görə, Qax Peşə Liseyində "Kamalın payı” adlandırılan yeni "vergi” sistemi tətbiq olunur.

Qax peşə Liseyinin direktoru Kamal Muxtarlının tətbiq etdiyi bu qaydalara görə, liseyin müəllimləri və təsərrüfat əməkdaşları hər ay öz maaşlarından lisey direktoruna müəyyən məbləğ ödəməyə məcbur edilir. Müəyyən səbəblərdən işə gələ bilməyən müəllimləri əvəz edən digər müəllimlər buna görə qanunda nəzərdə tutulan əlavə dərs saatı pulunu ala bilmirlər və bu vəsait "Kamalın payı” ad ilə direktor tərəfindən mənimsənilir. Digər müəllimləri əvəz edən və bunun müqabilində heç bir əlavə ödəniş ala bilməyən müəllimlər dəfələrlə bu barədə lisey direktoru Kamal Muxtarlıya etirazlarını bildirsələr də, lisey direktoru bu vəsaitin təhsil naziri Ceyhun Bayramova çatdığını bildirib.

Bundan başqa, Qax Peşə Liseyində əlavə müəllimlər ştatları açılır və heç bir dərs keçilmir, nəticədə həmin "ölü canların” adına yazılan maaşlar yenə də lisey direktoru Kamal Muxtarlı tərəfindən mənimsənilir.

Xatırladaq ki, Qax Peşə Liseyindəki korrupsiya faktları ilə bağlı Baş Prokurorluqda cinayət işi başlanılıb, iş üzrə zərərçəkmiş ifadələri, habelə liseyin direktoru Kamal Muxtarlının ifadəsi alınıb.

Bir-neçə ay bundan əvvəl Oğuz Peşə Liseyinin direktorunun saxlanılmasından sonra təşvişə düşən Kamal Muxtarlı özü barəsindəaçılan cinayət işinə qısa zaman ərzində xitam verilməsi üçün müəyyən dairələrə müraciət etsə də, sözügedən cinayət işi açıqdır və iş üzrə zəruri istantaq tədbirləri davam etdirilir.

Mövzunu diqqətdə saxlayacayıq.

Qax.org

Son xəbərlər

Xətai rayon İcra Hakimiyyəti dəyirmi masa keçirib

Moskva əlindən gələni etdi, Qərb imkan vermədi - Şoyqu

1 vəkil xaric olundu, 1-nə xəbərdarlıq edildi, 5-i isə cərimələndi

Ağcabədidə nöqsanlar aşkarlanan pendir istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Qubada güclü leysan yolu uçurdu - 6 kəndlə əlaqə kəsildi

Ən zəif internet provayderləri açıqlandı

Lukaşenko Zelenskidən üzr istədi – Belarus başçısından sensasiyalı etiraflar

İşçilərin şirkətdə pay sahibi olması: Yeni qanun layihəsi müzakirəyə çıxarıldı

Müəllimlər üçün vahid forma, yoxsa dres-kod?

Göygöldə minlərlə manatlıq gül və ağac alınır

“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi

Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

Əhmədlidə açıq ərazidə yanğın başladı

Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi

Əraqçi və Lavrov İran-ABŞ razılaşmasını müzakirə etdi

Alimlər açıqladı: Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?

Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır

Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Qanunsuz silah-sursat aşkarlandı

Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Bombardman təyyarəsi qəza törətdi - 2 pilot həlak oldu

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi

Maştağada bədbəxt hadisə

Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə+Video

Əməkdar artistin xanəndə oğlu vəfat etdi

İlham Əliyevdən mühüm FƏRMAN

Bütün xəbərlər