Qax Peşə Liseyində müəllimlərdən yığılan “Kamalın payı” barədə şikayətlər çoxalır











Qax Peşə Liseyində müəllimlərdən yığılan “Kamalın payı” barədə şikayətlər çoxalırQax rayonunda fəaliyyət göstərən Qax Peşə Liseyində korrupsiya faktları, qeyri-qanuni diplom satışı və tələbələrin təqaüdlərinin mənimsənilməsi barədə yazdıqlarımızdan sonra redaksiyamıza növbəti maraqlı faktlar göndərilib...

Hazırda Qax Peşə Liseyində müəllim kimi çalışan və adının açıqlanmasını istəməyən şəxsin redaksiyamıza verdiyi məlumata görə, Qax Peşə Liseyində “Kamalın payı” adlandırılan yeni “vergi” sistemi tətbiq olunur.

Qax peşə Liseyinin direktoru Kamal Muxtarlının tətbiq etdiyi bu qaydalara görə, liseyin müəllimləri və təsərrüfat əməkdaşları hər ay öz maaşlarından lisey direktoruna müəyyən məbləğ ödəməyə məcbur edilir. Müəyyən səbəblərdən işə gələ bilməyən müəllimləri əvəz edən digər müəllimlər buna görə qanunda nəzərdə tutulan əlavə dərs saatı pulunu ala bilmirlər və bu vəsait “Kamalın payı” ad ilə direktor tərəfindən mənimsənilir. Digər müəllimləri əvəz edən və bunun müqabilində heç bir əlavə ödəniş ala bilməyən müəllimlər dəfələrlə bu barədə lisey direktoru Kamal Muxtarlıya etirazlarını bildirsələr də, lisey direktoru bu vəsaitin təhsil naziri Ceyhun Bayramova çatdığını bildirib.

Bundan başqa, Qax Peşə Liseyində əlavə müəllimlər ştatları açılır və heç bir dərs keçilmir, nəticədə həmin “ölü canların” adına yazılan maaşlar yenə də lisey direktoru Kamal Muxtarlı tərəfindən mənimsənilir.

Xatırladaq ki, Qax Peşə Liseyindəki korrupsiya faktları ilə bağlı Baş Prokurorluqda cinayət işi başlanılıb, iş üzrə zərərçəkmiş ifadələri, habelə liseyin direktoru Kamal Muxtarlının ifadəsi alınıb.

Bir-neçə ay bundan əvvəl Oğuz Peşə Liseyinin direktorunun saxlanılmasından sonra təşvişə düşən Kamal Muxtarlı özü barəsindəaçılan cinayət işinə qısa zaman ərzində xitam verilməsi üçün müəyyən dairələrə müraciət etsə də, sözügedən cinayət işi açıqdır və iş üzrə zəruri istantaq tədbirləri davam etdirilir.

Mövzunu diqqətdə saxlayacayıq.

Mənbə Qax.org

Oxunub: 894

Son xəbərlər

Hikmət Mirzəyev türkiyəli həmkarı ilə hərbi əməkdaşlığı müzakirə edib

Aİ-nin uzunmüddətli büdcəsinin 2 trilyon avroya qədər artırılması təklif edilib

Mirzoyan Parisdə Azərbaycanla sülh prosesi və regional layihələr barədə danışıb

UEFA-nın dəstəyi ilə Bakıda uşaq hüquqlarının qorunmasına dair tədbir təşkil olunub

BƏƏ OPEC-dən və OPEC+ sazişindən çıxır

Xanabad və Təzəbinədə torpaqların əkin məqsədli istifadəsi üçün müraciətlərin qəbulu başlayır

Ağcabədidə avtomobil piyadanı vuraraq öldürüb

Braziliyada "Azərbaycan Mədəniyyət Günü" adlı tədbir keçirilib

İran hökumətinin etiraz qorxusu: Təcili toplantı keçirildi

İlham Əliyev onları təltif etdi

İsveçrənin bu addımı Ciorca Melonini qəzəbləndirdi

Aprel çağırışının gedişatı müzakirə olundu

Yol polisi əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət etdi

Sabah hava yağıntılı olacaq

ABŞ ağır zərbə PUA-larından imtina edir

Keşlədə sökülmüş yaşayış evinin sakinlərinə maddi yardım ödəniləcək

"İdrak" liseyində güllələnən müəllim işdən çıxdı

Dəniz səviyyəsi artır, torpaq çökür - Çinin sahil şəhərləri üçün yeni təhlükə

Bakının 4 rayonunda istinad divarları TİKİLƏCƏK-SƏRƏNCAM

Azərbaycan millisi dünya reytinqində birinci oldu

Donald Trumpa qarşı sui-qəsd cəhdinin detalları ortaya çıxdı

Medina "Qarabağ"da 200-ə çatdı

Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: Səbəb açıqlanmadı

Azərbaycanda “Kərimə dövlət” qurmaq istəyənlərdən biri öldürüldü

Zelenski Qəbələdən sonra İrəvana gedəcək

Gürcü futbolçu Azərbaycan Premyer Liqasında 60-cı qolunu vurdu

Bu maşın markasının satışı ARTIR- YENİ REKORD

Bakı-Praqa iqtisadi əlaqələrində yeni mərhələ: Azərbaycan Çexiya bazarında nə satır?

Azərbaycan universitetlərində dərslər bu tarixdə yekunlaşacaq

Vətəndaşların dövlət qurumlarına müraciətlərinə EHİS üzərindən də baxılacaq

Bütün xəbərlər