gundem / idman
20.06.2026
"Qarabağ"ın qapıçısı Portuqaliya klubu ilə anlaşdı
"Qarabağ"ın daha bir futbolçusu komandadan ayrılıb.
DogruXeber.tv İdmanxeber.az-a istinadən xəbər verir ki, söhbət Fabiyan Buntiçdən gedir. Təcrübəli qolkiper artıq komanda ilə sağollaşıb.
Onun yeni klubu da bəllidir. Buntiç karyerasını Portuqaliyada davam etdirəcək. O bu ölkənin I Liqa təmsilçisi "Farense" ilə anlaşıb.
Ağdam təmsilçisi Buntiçin ayrılığını yaxın vaxtda açıqlayacaq.



