gundem / idman / dunya
9.07.2022, 14:58
"Qalatasaray" Markaonu "Sevilya"ya satdı
"Qalatasaray"ın futbolçusu Markao karyerasını İspaniyada davamn etdirəcək.
"dogruxeber.tv" xəbər verir ki, 26 yaşlı oyunçu "Sevilya" ilə anlaşıb. Onunla 5 illik müqavilə imzalanacaq. Bu barədə Əndəlüs təmsilçisinin rəsmi saytı məlumat yayıb.
La Liqa klubu bu keçid üçün "cim-bom"a 12 milyon avro ödəyəcək.
Qeyd edək ki, braziliyalı müdafiəçi 2019-cu ilin yanvarından İstanbul nəhəngində çıxış edirdi.



