idman
30.06.2019, 14:14
"Roma"dan "Yuventus"a - Rəsmi

"Roma"nın müdafiəçisiLuka Pelleqrini karyerasını "Yuventus"da davam etdirəcək.
dogruxeber.tv Qol.az-a istinadən bildirir ki, 20 yaşlı futbolçu tibbi müayinədən keçmək üçün bu gün səhər saatlarında Turin təmsilçisinin bazasına yollanıb. Onunla yaxın saatlarda rəsmi müqavilə imzalanacaq.
Əvəzində isə "Yuventus"un yarımmüdafiəçisi Leonardo Spinatsola "Roma"ya keçib. "Canavarlar" bu dəyişikliyə görə qarşı tərəfə Pelleqrini ilə yanaşı, əlavə 10 milyon avro ödəyəcək.


