idman
10.06.2018, 03:14
"Yuventus" yeni qapıçı aldı

“Cenoa”nın qapıçısı Mattia Perinin “Yuventus”a keçidi rəsmiləşib.
dogruxeber.tv-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 25 yaşlı qolkiperlə 4 illik müqavilə imzalanıb. Turin təmsilçisi bu transfer qarşılığında genuyalılara 12 milyon avro təzminat ödəyib
Qeyd edək ki, “Cenoa”nın yetirməsi olan Perin “Padova” və “Peskara”da da çıxış edib.


