gundem / idman
22.04.2026, 11:30
“Sabah”, yoxsa “Qarabağ”? – Finalçı bəlli olur
Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinə yekun vurulacaq.
DogruXeber.tv xəbər verir ki, son gündə ikinci finalçı bəlli olacaq.
“Sabah” doğma meydanda “Qarabağ”la qarşılaşacaq. Tərəflər arasındakı ilk oyunda qalib müəyyənləşməyib.
Xatırladaq ki, daha öncə “Zirə” “Turan Tovuz”la matçdan qalib ayrılaraq (2:0, 0:0) finala yüksəlib.
Azərbaycan Kuboku Yarımfinalın cavab oyunu
22 aprel “Sabah” – “Qarabağ”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Kamal Umudlu.
“Bank Respublika Arena”, 20:00. İlk oyun – 2:2.//tribuna.az



