idman
19.04.2018, 08:53
Almaniya kubokunda finalçılar bəlli olub

Futbol üzrə Almaniya kubokunda ikinci finalçı bəlli olub.
dogruxeber.tv-ın xəbərinə görə, ikinci yarımfinal matçında Frankfurtun “Ayntraxt” klubu “Şalke”ni 1:0 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb.
Bundan əvvəl “Bavariya” Leverkuzenin “Bayer” klubunu 6:2 hesabı ilə darmadağın edərək finala yüksəlib.
Beləliklə, mayın 19-da həlledici oyunda “Ayntraxt” və “Bavariya” üz-üzə gələcək.


