gundem / idman
5.05.2019
Riberi "Qalatasaray"a qayıda bilər

"Bayern Münich"in futbolçusu Frank Riberi karyerasını Türkiyədə davam etdirə bilər.
dogruxeber.tv goal.az-a istinadən xəbər verir ki, fransız oyunçu ilə Galatasaray yaxından maraqlanır. Bu barədə Almaniyanın "Bild" nəşri məlumat yayıb.
Xəbərdə, Riberi ilə Galatasaray-la yanaşı, Səudiyyə Ərəbistanının bir neçə klubunun da maraqlandığı bildirilir.
Xatırladaq ki, Riberinin Bayern ilə müqaviləsinin müddəti mövsümün sonunda bitir.


