idman
31.12.2018
“Bavariya” onun üçün 30 milyon tələb edir

“Bavariya”nın futbolçusu Mats Hummels karyerasını İngiltərədə davam etdirə bilər.
30 yaşlı müdafiəçiylə “Çelsi” yaxından maraqlanır. Bu barədə İngiltərənin “The Sun” nəşri məlumat yayıb. Xəbərdə, Münhen təmsilçisinin Hummelsi 30 milyon avroya “zadəganlar”a satmağa hazır olduğu bildirilib.
2016-cı ildən “Bavariya”nın şərəfini qoruyan Hummels, cari mövsümdə 15 qarşılaşmada iştirak edib.


