idman
14.07.2018, 08:53
Cerdan Şakiri “Liverpula”a keçib

İngiltərənin “Stok Siti” klubu və İsveçrə yığmasının yarımmüdafiəçisi Cerdan Şakiri “Liverpula” keçib.
Bunu “Liverpul” klubunun mətbuat xidməti bəyan edib. Məlumata görə, 26 yaşlı C.Şakiri ilə uzunmüddətli müqavilə imzalanıb.
2015-ci ildən “Stok Siti”nin şərəfini qoruyan C.Şakiri əvvəllər “Bazel”, “Bavariya” və Milanın “İnter” klubunda çıxış edib. Ötən mövsümdə 36 dəfə meydana çıxan isveçrəli futbolçu 8 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. İsveçrə millisinin heyətində ümumilikdə 74 matç keçirən C.Şakiri 21 dəfə rəqib qapısına yol tapıb.


