idman
15.12.2020
Tailand klubu azərbaycanlı futbolçu ilə anlaşdı

Azərbaycanlı futbolçu Məmməd Quliyev Tailandda klubunu dəyişib.
dogruxeber.tv bildirir ki, "Kamfenqfet"lə müqaviləsi başa çatan yarımmüdafiəçi bundan sonra karyerasını digər III Liqa klubu "Kasem Bundit"də davam etdirəcək.
Məmməd bu ilin əvvəlindən Tailandda oynayır. O, Azərbaycanda "Rəvan", "Keşlə" və "Şüvəlan"ın formasını geyinib.
(Yenisabah.az)


