idman
30.05.2020, 17:38
Rusiya klubu azərbaycanlı futbolçu ilə müqaviləni yenilədi

Rusiyanın “Ufa” klubu mayın 31-də müqaviləsi başa çatan bütün futbolçuları ilə mövsümün sonuna qədər yeni müqavilə bağlandığını açıqlayıb.Bu barədə klubun “Twitter” hesabında məlumat yerləşdirilib.
Klub doqquz futbolçu – müdafiəçilər Danil Kruqovoy, Aleksandr Putsko, Denis Terentyev, Boyan Yokiç, Aleksey Nikitin, Aleksandr Suxov və Pavel Alikin, həmçinin yarımmüdafiəçilər Dmitri Sısuyevl və azərbaycanlı Azər Əliyevlə müqavilənin müddətini uzadıb.
(Oxu.az)


