İşləyənlərə əlavə pul veriləcək - Yeni qaydalar açıqlandı

DogruXeber.tv Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli 189 saylı qərarına dəyişikliklər edilməsi ilə məcburi sosial sığorta üzrə ödənilən müavinətlərin hesablanması qaydaları da dəqiqləşdiirlib.

İqtisadçı ekspert Anar Bayramov əsas və əlavə iş yerlərində çalışan, eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə əmək qabiliyyətinin müvəqqəti itirməsinə görə müavinətin hesablanması meyarlarını "vergiler.az"a şərh edib.

"Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin təyin edilməsi, hesablanması və ödənilməsi Qaydası"nın 2.11-ci bəndinə əsasən, sığortaolunan əsas iş yeri ilə yanaşı, əlavə iş yerində (yerlərində) də muzdlu işə aid olan fəaliyyətdən gəlir əldə etdikdə, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün sığortaedənlər tərəfindən hər bir iş yerindəki qazancı əsasında ayrı-ayrılıqda, qalan günlər üçün isə sığortaolunanlara sığortaçı tərəfindən onun ümumi qazancı əsasında hesablanır və ödənilir.
Nazirlər Kabinetinin 189 saylı qərarının əvvəlki redaksiyasında da əsas və əlavə iş yerləri olduqda ilk 14 təqvim günü üzrə müavinətin ayrıca hesablanması nəzərdə tutulurdu. Lakin son dəyişikliklərdən sonra mexanizm daha dəqiq müəyyən olunub:

- İlk 14 təqvim günü üzrə hər bir işəgötürən öz iş yerində olan qazanc əsasında müavinəti ayrıca hesablayır və ödəyir;

- 14 gündən artıq olan hissə üzrə isə hesablanma artıq işçinin əsas və əlavə iş yerləri üzrə ümumi qazancı əsasında Dövlət Sosial Müdafiə Fondu tərəfindən aparılır.

Misal 1: İşçi həm əsas, həm də əlavə iş yerində çalışır və 20 gün müddətinə əmək qabiliyyətini müvəqqəti itirib. Bu halda ilk 14 təqvim gününə görə əsas iş yeri üzrə müavinət həmin iş yerindəki qazanc əsasında ayrıca hesablanır. Eləcə də əlavə iş yeri üzrə müavinət də həmin iş yerindəki qazanc əsasında ayrıca hesablanır. Yəni, iki işəgötürən öz payına düşən məbləği ayrıca ödəyir.

İşçi əmək qabiliyyətini 14 gündən çox, yəni, 20 gün müddətinə itirdiyi üçün sığortaçı olan DSMF tərəfindən ödənişlər həyata keçirilməlidir. Beləliklə, 6 gün (20 gün - 14 gün) üzrə müavinət artıq işçinin bütün iş yerləri üzrə ümumi qazancı nəzərə alınmaqla Dövlət Sosial Müdafiə Fondu tərəfindən hesablanır və ödənilir.

Bəs işçi həm də fərdi sahibkarlıqla məşğul olduğu halda müavinət necə hesablanacaq?

"Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin təyin edilməsi, hesablanması və ödənilməsi Qaydası"nın 2.12-ci bəndinə əsasən, əsas iş yerindən əlavə, muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunana əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət bu Qaydanın 2.11-ci bəndinə əsasən, lakin ilk 14 təqvim günü üçün yalnız əsas iş yeri üzrə sığortaedən tərəfindən hesablanır və ödənilir.

Maddənin tələbindən göründüyü kimi, əgər şəxs həm muzdlu işçi kimi çalışır, həm də fərdi sahibkarlıq fəaliyyəti ilə məşğuldursa, bu halda müavinətin hesablanmasında fərqli yanaşma tətbiq edilir.

Birinci mərhələdə - əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün müavinət yalnız əsas iş yeri üzrə hesablanır və işəgötürən tərəfindən ödənilir. Bu mərhələdə fərdi sahibkarlıq fəaliyyətindən əldə edilən gəlir nəzərə alınmır.

14 təqvim günündən artıq olan hissə üzrə isə hesablanma artıq 2.11-ci bəndə uyğun qaydada həyata keçirilir. Yəni, bu zaman ümumi qazanc məsələsi aktuallaşa bilər.

Misal 2: İşçi əsas iş yerində çalışır və eyni zamanda fərdi sahibkar kimi tərcümə xidməti göstərir. Əgər işçi əmək qabiliyyətini 10 gün müddətinə müvəqqəti itirərsə, bu halda müavinət yalnız əsas iş yeri üzrə işəgötürən tərəfindən hesablanacaq və ödəniləcək. Əgər işçi 20 gün müddətinə əmək qabiliyyətini müvəqqəti itirərsə, ilk 14 gün üzrə müavinət əsas iş yeri üzrə ödəniləcək, 14 gündən artıq olan 6 gün üzrə isə hesablanma artıq Qaydanın 2.11-ci bəndinə uyğun olaraq həyata keçiriləcək.

Son xəbərlər

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Tutun bilinməyən zərərləri - Kimlər bu meyvəni yeməməlidir?

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi

Məşhur rus alim Ermənistan hava limanında saxlanıldı

Zəngilanda müşavirə keçirildi

Xətai rayonunda “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı möhtəşəm konsert proqramı təşkil edilib+VİDEO

Türk dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7 milyard dolları ötüb

Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN

Səhhəti pisləşdi, konsertləri təxirə salındı

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bakı Limanında quru yük aşırılması artıb

Azərbaycanda zəlzələ oldu

Ötən il 2,6 mlrd. manat büdcə vəsaiti banklara yerləşdirilib

Masallıdan nazirə məktub: Əmriniz əleyhimizə çevrilib - BU NƏDİ BELƏ?

Azərbaycanda hər 6 nəfərdən biri məktəblidir - Yeni statistika

İlhamə Quliyevanın bacısı qızı ilk məhkəmədə həbs olundu - FOTO

Yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı tələblərin pozulmasına görə cərimələr müəyyənləşir

Şuşada bu işləri görmək qadağan edilir

Bütün xəbərlər