gundem / siyaset
9.06.2026
İmamoğlu və Özəl silindi...
Türkiyənin ana müxalifət partiyası CHP-də diqqətçəkən dəyişiklik baş verib.
DogruXeber.tv: CHP-nin rəsmi sosial media hesabı 24 may tarixindən sonra ilk paylaşımını edib. Paylaşımda 9 iyun 2026-cı il tarixində Türkiyə Böyük Millət Məclisində keçiriləcək CHP qrup toplantısı elan olunub və paylaşımda partiya sədri Kamal Kılıçdaroğlunun fotosu yer alıb.
Bununla yanaşı, CHP-nin rəsmi hesabının İstanbul Böyükşəhər Bələdiyyəsinin sabiq sədri Əkrəm İmamoğlu və partiyanın əvvəlki rəhbəri Özgür Özəli izlədiyi hesablar siyahısından çıxardığı məlum olub.



