Gəmi ilə sərnişindaşıma reallaşa bilərmi? - AÇIQLAMA

Bakıda tıxac probleminin həlli üçün dəniz nəqliyyatından istifadənin mümkünlüyü ilə bağlı sosial şəbəkələrdə müxtəlif təkliflər səsləndirilir. İrəli sürülən fikirlərdən biri də paytaxtın müxtəlif əraziləri arasında sərnişin və avtomobillərin dəniz yolu ilə daşınmasının təşkil edilməsidir.

Bəs bu model Bakı üçün nə dərəcədə realdır?

DogruXeber.tv bildirir ki, Ekoloq Qorxmaz İbrahimli milli.Az-a açıqlamasında bildirib ki, Bakıda dəniz nəqliyyatının tətbiqi ilə tıxac probleminin aradan qaldırılması ideyası reallığa uyğun deyil.

Onun sözlərinə görə, Bakı ilə İstanbulu dəniz naviqasiyası baxımından müqayisə etmək düzgün deyil. Ekoloq bildirib ki, Xəzər dənizi qapalı su hövzəsi olduğundan suyun səviyyəsi və sahilboyu şərait daim dəyişir:

"Xəzərdə hazırda suyun çəkilmə dövrüdür. Belə şəraitdə böyük vəsait hesabına dəniz nəqliyyatı infrastrukturu yaratmaq iqtisadi cəhətdən səmərəli olmaz".

Qorxmaz İbrahimli hesab edir ki, Bayıl-Əhmədli kimi istiqamətlər üzrə sərnişinlərin dəniz yolu ilə daşınması üçün iri layihələrin həyata keçirilməsi tıxac problemini həll etməyəcək.
Ekoloq qeyd edib ki, Türkiyədə və digər ölkələrdə dəniz nəqliyyatı sistemləri yüz illər ərzində formalaşmış infrastruktur üzərində qurulub və davamlı inkişaf etdirilir. Onun fikrincə, Azərbaycanda isə belə bir baza mövcud deyil.

Q.İbrahimli Bakıda nəqliyyat sıxlığının azaldılması üçün əsas həll yolunun şəhərin yükünü azaltmaq olduğunu bildirib. O, bəzi universitetlərin, nazirliklərin və paytaxt üçün zəruri olmayan dövlət qurumlarının regionlara köçürülməsini təklif edib:

"İnsanlar maariflənməli, şəhərin mərkəzləşməsi azaldılmalıdır. Məsələn, bəzi ali təhsil müəssisələrinin və dövlət qurumlarının regionlarda yerləşdirilməsi həmin ərazilərin inkişafına da təkan verə bilər".

Son xəbərlər

Rusiyanın liman və aeroportları da sanksiyalar siyahısında

Əli Əsədovdan mühüm SƏRƏNCAM

Onların məhkəməsi başlayır

Evini satanlar üçün ciddi problem: Minlərlə vətəndaş qeydiyyatsız qala bilər

Ermənistan Rusiyadan yeni “Tor” kompleksləri aldı

Tedesko yeni komandasında imzasını atdı

Hikmət Hacıyev: “Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib”

Bakının bu ərazisində göl daşdı, həyətlər çirkab su ilə doldu

AMB rəsmisi: Azərbaycan ödəniş əməliyyatlarında yeni zirvələrə çatıb

Rusiya müharibənin bitmə şərtini açıqladı

ABŞ məhkəməsi Trampın "H-1B" vizaları üçün müəyyən etdiyi 100 min dollarlıq rüsumu ləğv edib

İşləyənlərə əlavə pul veriləcək - Yeni qaydalar açıqlandı

10 məşhurun narkotik testi müsbət çıxdı

Kərim Xan vəzifəsindən kənarlaşdırıldı

İmamoğlu və Özəl silindi...

Yol tikintisi apararkən 13 min torba qızıl tapdılar

Bakının iki rayonunda işıq olmayacaq

“Mərkəzi Klinika”nın həkimi müharibə əlilinin ölümünə səbəb oldu – İDDİA

Özbəkistanda təxminən 19 500 xarici investisiyalı müəssisə qeydiyyata alınıb

Pensiya və sosial müavinətlərə bağlı yenilik

Sumqayıtda evdə meyit tapıldı

Prezidentdən Ramiz Fətəliyevlə bağlı sərəncam

ADY rəhbərliyi keçmiş əməkdaşının Feysbukda yazdığı şikayəti sildirdi

“Azərişıq” ASC Lerikin ən ucqar dağ kəndlərində elektrik şəbəkəsini yeniləyir

Sabah dövlət büdcəsinin icrası müzakirə ediləcək

ADY 2026-cı ilin may ayında 1.6 milyon tondan çox yük daşıyıb

Ruslan Quliyev vəfat etdi

Ekologiya və təbii sərvətlər nazirinə yeni müşavir təyin olundu

Gəmi ilə sərnişindaşıma reallaşa bilərmi? - AÇIQLAMA

Moskva məhkəməsi Xodorkovskini 10 il azadlıqdan məhrum edib

Bütün xəbərlər