gundem / hadise
9.06.2026
Sumqayıtda evdə meyit tapıldı
Sumqayıtda evdə meyit aşkarlanıb.
DogruXeber.tv bildirir ki, "teleqraf"-ın yerli bürosu xəbər verir ki, hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb.
Belə ki, qəsəbə ərazisində yerləşən fərdi yaşayış evində 1991-ci il təvəllüdlü Elxan Əsgər oğlu Muradovun meyiti aşkarlanıb.
Hadisə barədə aidiyyəti qurumlara məlumat verilib. Meyitə baxış keçirilib və müvafiq araşdırmalara başlanılıb.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.



