bolge
8.04.2018, 13:36
Bərdədə küçədən meyit tapıldı - FOTOLAR (16+)

Gecə saatlarında Bərdə rayonunda küçədə kişi meyiti tapılıb
Meyit 1975-ci il təvəllüdlü Bərdə rayon Lək kənd sakini Hacıyev Rövşən Əliağa oğluna məxsusdur.
Şahidlər onun tüfeyli həyat sürdüyünü və elə içkili vəziyyətdə küçədə uzanaraq keçindiyini söyləyiblər.
Bu barədə yerli hüquq-mühafizə orqanlarına məlumat verilib. Əraziyə polis əməkdaşları və mərhumun atası gəlib.
Faktla bağlı araşdırma aparılır.


