gundem / siyaset / dunya
24.03.2025
İmamoğlunun prezidentliyə namizədliyi irəli sürüldü - Rəsmi
Türkiyənin Cümhuriyyət Xalq Partiyası (CHP) hazırda həbsdə olan İstanbulun keçmiş bələdiyyə sədri Əkrəm İmamoğlunun prezidentliyə namizədliyini rəsmi şəkildə irəli sürüb.
"dogruxeber.tv" xəbər verir ki, bu barədə CHP-nin X hesabında paylaşım edilib.
Qeyd edək ki, dünən Əkrəm İmamoğlunun həbsindən sonra milyonlarla vətəndaş CHP-nin ilkin seçkilərində iştirak edərək prezidentliyə namizədlərini seçiblər.
CHP sədri Özgür Özelin Saraçhanedə açıqladığı məlumata görə, 15 milyona yaxın vətəndaş CHP-nin prezidentliyə namizədi olaraq Əkrəm İmamoğlunu seçib.



