gundem / hadise
14.05.2026
Gəncədə 15 yaşlı qızı vuran maşının sürücüsü hadisə yerindən qaçıb
Gəncədə yeniyetmə qızı maşın vurub.
DogruXeber.tv: Hadisə şəhərin Todanlı qəsəbəsində qeydə alınıb.
2011-ci il təvəllüdlü Z.Paşalı yaxınları tərəfindən Gəncədəki xəstəxanalardan birinə yerləşdirilib.
İlkin məlumata görə, hadisə zamanı sürücü oradan uzaqlaşıb. Hazırda onun şəxsiyyətinin dəqiqləşdirilməsi istiqamətində iş aparılır.
Faktla bağlı araşdırma başlanılıb./telegraf



