hadise
1.01.2019
Gəncədə yaşlı qadını avtomobil vurdu

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
dogruxeber.tv "Report"a istinadən xəbər verir ki, Gəncə şəhər sakini, 1952-ci il təvəllüdlü Gülçöhrə Mütəllim qızı Şərifovanı avtomobil vurub.
Yaralı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Ona sol baldır sümüklərinin sınığı diaqnozu ilə qoyulub və daha sonra yaxınlarının istəyi ilə şəhərdəki özəl xəstəxanalardan birinə göndərilib.
Faktla bağlı araşdırma aparılır.


