ADY-nin NFC ödəniş sistemi sərnişinlərə problem yaradır - Narazılıq

DogruXeber.tv: Dəmir Yollarının (ADY) rəqəmsallaşma istiqamətində atdığı addımlar təqdirəlayiq olsa da, tətbiq edilən xidmətlərin etibarlı və stabil işləməsi təmin edilmədən istifadəyə verilməsi sərnişinlər üçün ciddi narahatlıq yaradır.

Xüsusilə turniketlərdə NFC vasitəsilə ödəniş zamanı tez-tez problemlər yaşanır. Bir çox hallarda sistem kartları oxumur, bəzi beynəlxalq ödəniş sistemlərini, o cümlədən Mastercard kartlarını qəbul etmir. Nəticədə turniketlər qarşısında uzun növbələr yaranır, sərnişinlər vaxt itirir və narazılıq artır.

Şikayətçi sərnişin bildirir ki, - "bu gün səhər isə turniketlər Visa kartına qoşulmuş NFC ödənişini də qəbul etmədi. Problemi həll etmək üçün məcbur qalıb ayrıca fiziki gediş kartı almaq lazım gəldi. Halbuki NFC ödəniş sisteminin əsas məqsədi sərnişinlərin rahat, sürətli və əlavə vaxt itirmədən keçid etməsini təmin etməkdir. Mövcud vəziyyətdə isə insanlar həm gecikir, həm də arxada gözləyən sərnişinlər qarşısında narahat vəziyyətə düşürlər".

Diqqət çəkən digər məqam odur ki, bu problem yeni deyil. Uzun müddətdir davam etməsinə baxmayaraq, onun aradan qaldırılması istiqamətində effektiv tədbirlərin görüldüyü müşahidə olunmur.

Dövlət qurumları ölkədə rəqəmsallaşmanın genişləndirilməsinə xüsusi önəm verdiyi bir vaxtda, belə elementar xidmətlərin etibarlı işləməməsi suallar doğurur. Üstəlik, NFC ödəniş xidməti digər dövlət qurumlarının nəqliyyat sistemlərində uğurla və sürətli şəkildə işlədiyi halda, ADY-də eyni rahatlığın təmin olunmaması sərnişinlərin haqlı narazılığına səbəb olur.

ADY son dövrlər sima ilə tanınma və digər innovativ xidmətləri təqdim edir. Lakin mövcud NFC ödəniş sistemindəki problemlər aradan qaldırılmadan yeni texnologiyaların tətbiqi onların praktik effektivliyi ilə bağlı da suallar yaradır. /Bizimesr.com

Son xəbərlər

Əliyev bizim regionda gərginliyin azaldılmasına töhfə verib

Azərbaycanda bu şəxslər 1500 manatadək cərimələnəcək

Balıqçılıq məhsullarının yeni satış qaydası

Jurnalist vəsiqəsinə görə ödəniş ləğv edilir

Bacısına görə həmyerlisini öldürdü – 10 il HƏBS CƏZASI

Yarımfinalda nəhənglər meydana çıxır...

"Atom bombası hazırlamağın vaxtı çatıb" - İranlı parlamentari

Müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsi başlanır

“Rosko” kolbasaları hansı ətdən hazırlanır? –ŞOK detallar

İlham Əliyev Slovakiya Prezidenti ilə təkbətək görüşdü

Meksikada güclü zəlzələ

İran Hörmüzdə tankerlərə atəş açıb, ölən var

Azərbaycan neftinin qiyməti 3 dollardan çox artıb

21 yaşlı gənc ürəyindən bıçaqlandı

Bakının bəzi ərazilərində işıq olmayacaq

Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - 14.07.2026

Danışıqlara başlamağın vaxtıdır - Merz

“Turbo.az” və “Bina.az”la bağlı gözlənilməz qərar

Hava xəbərdarlığı: leysan olacaq, dolu düşəcək

Rusiyada Aİ-95 markalı benzinin qiyməti 24% artıb

ADY-nin NFC ödəniş sistemi sərnişinlərə problem yaradır - Narazılıq

Sabah son iclas olacaq, deputatlar tətilə çıxacaq

Dövlət şirkətində kütləvi ixtisar – 90-a yaxın işçi işini itirdi

3 gündür universitet kampusunda qalan tələbələr belə xilas edildi

Hikmət Hacıyev Şuşada "Tiktok" və "Linkedin"in məsul şəxsləri ilə uşaqların onlayn qorunması məsələlərini müzakirə edib

Layihələndirilən aqrar müəssisələr üçün YENİ ÖHDƏLİKLƏR müəyyənləşir

Oğuzda 28 yaşlı şəxsin meyiti tapıldı

Sabah 39 dərəcə isti olacaq

Azərbaycanda dövlət qurumu ləğv edildi

Bu şəhərə köçənlərə PULSUZ TORPAQ veriləcək

Bütün xəbərlər