“Rosko” kolbasaları hansı ətdən hazırlanır? –ŞOK detallar

“Rosko” məhsullarının istehsal prosesi necə təşkil olunub? İstifadə olunan xammalın mənbəyi haradır? Müəssisədə sanitariya və qida təhlükəsizliyi tələblərinə hansı səviyyədə əməl olunur?

DogruXeber.tv: Jurnalist Arifə Əliyeva “Rosko” kolbasalarını istehsal edən şirkətlə bağlı maraqlı araşdırma aparıb. Müəllif şirkətin istifadə etdiyi ət və ət məhsullarının keyfiyyətinin nəinki şübhəli olduğunu, habelə onun antisanitar qaydada hazırlandığını qeyd edib.

Bundan başqa, şirkətin “əl dəyişdirməsi”ndən sonra nizamnamə kapitalının müəmmalı şəkildə min dəfələrlə artmasını da diqqət mərkəzinə çəkib.

O qeyd edib ki, bu gün qida bazarında bir çox marka var – reklamları, tanıtımları və geniş yayılmış satış şəbəkələri ilə diqqət çəkir. Amma hər hansı məhsulun məşhur simalar vasitəsilə reklam olunması onun avtomatik olaraq yüksək keyfiyyətli və təhlükəsiz olması anlamına gəlmir.

Əsas məsələ həmin məhsulun hansı şəraitdə istehsal olunması, istifadə edilən xammalın keyfiyyəti və istehlakçıya təqdim edilən qidanın təhlükəsizliyidir.

“Rosko” brendi “Harun N” MMC-yə məxsusdur. Açıq reyestr məlumatlarına görə, şirkət 2024-cü ildə qeydiyyata alınıb. Maraqlı məqam ondan ibarətdir ki, şirkətin nizamnamə kapitalında qısa müddət ərzində ciddi dəyişikliklər baş verib.

Şirkətin nizamnamə kapitalı 2025-ci ilin fevral ayınadək 50 manat olub. Daha sonra bu məbləğ 965 050 manata qədər artırılıb. 2025-ci ilin may ayında isə nizamnamə kapitalı 3 776 050 manata çatdırılıb. Bir neçə ay ərzində baş verən bu dəyişikliklər diqqət çəkən məqamlardan biridir.

“Harun N” MMC-nin qanuni təmsilçisi Fərəcullayev Əliheydər Şamil oğludur. O, daha əvvəl “Zəhmət-Ruzi” MMC-yə rəhbərlik edib. Həmin şirkət “Sab” ticarət nişanı ilə ət məhsullarının istehsalı və satışı ilə məşğul olub.

Maraqlı hal isə şirkətin əvvəlki qanuni təmsilçisi ilə bağlıdır. 2025-ci ilin fevral ayınadək “Harun N” MMC-nin qanuni təmsilçisi Axundzadə Rasim Elmar oğlu olub. Rasim Axundzadə ilə bağlı isə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin 2021-ci ildə yaydığı məlumat mövcuddur.

AQTA-nın məlumatına görə, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozunda fəaliyyət göstərən, fiziki şəxs Axundzadə Rasim Elmar oğluna məxsus quş əti emalı müəssisəsində aparılan yoxlama zamanı qida təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkarlanıb.

Agentliyin açıqlamasında bildirilirdi ki, müəssisədə mexaniki üsulla hazırlanan toyuq farşının istehsalında “Omega” əmtəə nişanlı E124 qida əlavəsindən istifadə edildiyi müəyyən olunub. Həmçinin məhsulların etiket məlumatlarında, qablaşdırılmasında və markalanmasında nöqsanlar aşkar edilib.

Yoxlama zamanı avadanlıqların yuyulması prosesində də çatışmazlıqlar müəyyən edilib, lazımi yuyucu-dezinfeksiyaedici vasitələrdən istifadə olunmadığı bildirilib. Müəssisədən götürülən nümunələr laborator müayinəyə təqdim olunub, 375 kiloqram toyuq farşı dövriyyədən çıxarılıb və müəssisə rəhbəri inzibati məsuliyyətə cəlb edilib.

Bütün bunlar bir sıra suallar yaradır. Qida istehsalı elə bir sahədir ki, burada şəffaflıq və nəzarət xüsusi əhəmiyyət daşıyır. “Rosko” məhsullarının istehsal prosesi necə təşkil olunub? İstifadə olunan xammalın mənbəyi haradır? Müəssisədə sanitariya və qida təhlükəsizliyi tələblərinə hansı səviyyədə əməl olunur?

Bu sualların cavabı reklam çarxlarında deyil, şəffaf yoxlamalar və rəsmi açıqlamalarla ortaya çıxmalıdır. Çünki söhbət insanların gündəlik istifadə etdiyi qida məhsullarından və birbaşa sağlamlıq məsələsindən gedir.(cumhuriyyet.az)

Qarşı tərəfi də dinləməyə hazırıq.

Son xəbərlər

Əliyev bizim regionda gərginliyin azaldılmasına töhfə verib

Azərbaycanda bu şəxslər 1500 manatadək cərimələnəcək

Balıqçılıq məhsullarının yeni satış qaydası

Jurnalist vəsiqəsinə görə ödəniş ləğv edilir

Bacısına görə həmyerlisini öldürdü – 10 il HƏBS CƏZASI

Yarımfinalda nəhənglər meydana çıxır...

"Atom bombası hazırlamağın vaxtı çatıb" - İranlı parlamentari

Müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsi başlanır

“Rosko” kolbasaları hansı ətdən hazırlanır? –ŞOK detallar

İlham Əliyev Slovakiya Prezidenti ilə təkbətək görüşdü

Meksikada güclü zəlzələ

İran Hörmüzdə tankerlərə atəş açıb, ölən var

Azərbaycan neftinin qiyməti 3 dollardan çox artıb

21 yaşlı gənc ürəyindən bıçaqlandı

Bakının bəzi ərazilərində işıq olmayacaq

Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - 14.07.2026

Danışıqlara başlamağın vaxtıdır - Merz

“Turbo.az” və “Bina.az”la bağlı gözlənilməz qərar

Hava xəbərdarlığı: leysan olacaq, dolu düşəcək

Rusiyada Aİ-95 markalı benzinin qiyməti 24% artıb

ADY-nin NFC ödəniş sistemi sərnişinlərə problem yaradır - Narazılıq

Sabah son iclas olacaq, deputatlar tətilə çıxacaq

Dövlət şirkətində kütləvi ixtisar – 90-a yaxın işçi işini itirdi

3 gündür universitet kampusunda qalan tələbələr belə xilas edildi

Hikmət Hacıyev Şuşada "Tiktok" və "Linkedin"in məsul şəxsləri ilə uşaqların onlayn qorunması məsələlərini müzakirə edib

Layihələndirilən aqrar müəssisələr üçün YENİ ÖHDƏLİKLƏR müəyyənləşir

Oğuzda 28 yaşlı şəxsin meyiti tapıldı

Sabah 39 dərəcə isti olacaq

Azərbaycanda dövlət qurumu ləğv edildi

Bu şəhərə köçənlərə PULSUZ TORPAQ veriləcək

Bütün xəbərlər