gundem / hadise
13.07.2026
Oğuzda 28 yaşlı şəxsin meyiti tapıldı
Oğuz rayonunda 28 yaşlı kişinin meyiti yaşadığı evdə tapılıb.
DogruXeber.tv xəbər verir ki, hadisə rayonun Ərmənət kəndində qeydə alınıb.
Kənd sakini Coşqun Babayevin meyiti yaxınları tərəfindən yaşadığı ünvanda aşkar edilib. Onun ölüm səbəbinin müəyyənləşdirilməsi məqsədilə meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Oğuz rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı Oğuz Rayon Prokurorluğunda araşdırma aparılır.(oxu24.com)



