gundem / Cəmiyyət
14.07.2026
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - 14.07.2026

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.
DogruXeber.tv xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hazırda:
1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
3. Birinci Gölkənarı yol, Ziya Bünyadov prospekti istiqamətində;
4. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
5. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
6. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində sıxlıq müşahidə olunur.




