gundem / dunya
14.07.2026
İran Hörmüzdə tankerlərə atəş açıb, ölən var
Hörmüz boğazının cənub hissəsində iki Hindistan tankeri vurulub.
DogruXeber.tv xəbər verir ki, bu barədə BƏƏ Müdafiə Nazirliyi məlumat yayıb.
Departament bildirib ki, gəmilər Omanın ərazi sularında İranın kruiz raketləri ilə vurulub Zərbə nəticəsində bir heyət üzvü həlak olub, səkkiz nəfər yaralanıb.
Müdafiə Nazirliyinin mətbuat açıqlamasına görə, tankerlərdə yanğınlar baş verib, lakin onlar nəzarət altına alınıb. BƏƏ hücumu beynəlxalq hüququn ciddi şəkildə pozulması kimi qınayıb və suverenliyini və təhlükəsizliyini qorumaq üçün lazımi tədbirləri görəcəyini bildirib.
Ötən həftənin sonundan etibarən Vaşinqton və Tehran yenidən hücuma keçiblər. Gərginləşmə iki tərəf arasında Hörmüz boğazı ilə bağlı mübahisə fonunda baş verib. 14 iyul gecəsi ABŞ prezidenti İslam Respublikasına qarşı bir neçə "güclü zərbə" vəd edib və Konqresə regionda hərbi əməliyyatların bərpası barədə məlumat verib. Bu arada, İran boğazdan icazəsi olmadan keçməyə çalışan bir neçə gəmiyə hücum edib.



