gundem / siyaset
27.06.2026
Ukraynanın Volqoqrada hücumu nəticəsində bir nəfər ölüb, 11 nəfər yaralanıb
Ukraynanın Rusiyanın Volqoqrad vilayətinə raket hücumu nəticəsində bir nəfər ölüb, 11 nəfər yaralanıb.
DogruXeber.tv: APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Volqoqrad qubernatoru Andrey Boçarov bildirib.
Onun sözlərinə görə, raket hücumu nəticəsində ölən şəxs müəssisənin işçisi olub.
Qubernator xilasedicilərin başqa bir işçinin axtarışlarını davam etdirdiyini söyləyib.
Boçarov Ukrayna Silahlı Qüvvələrinin Volqoqradın Krasnooktyabrski rayonundakı istehsal müəssisələrinə zərbə endirdiyini bildirib. O, əlavə edib ki, lokal yanğınlar tez bir zamanda söndürülüb və yaşayış binalarına heç bir ziyan dəyməyib.
Qeyd edək ki, Ukrayna tərəfi Volqoqradda "Titan-Barikadı" hərbi müəssisəsinin "Flaminqo" raketləri ilə vurulduğunu açıqlayıb.



