gundem / hadise
26.06.2026
Məşhur müğənni öldü - FOTO

ABŞ-ın "Blood, Sweat & Tears" qrupunun solisti, kanadalı müğənni Devid Kleyton-Tomas 85-ci ilində dünyasını dəyişib.
DogruXeber.tv xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yayıb.
Sənətçinin ölümünü onun PR meneceri təsdiqləyib.
Qeyd edək ki, Devid Kleyton-Tomas 1968-ci ilin sonunda "Blood, Sweat & Tears" qrupunun tərkibində çıxış edərkən məşhurluq qazanıb. 1970-ci ildə kollektiv "İlin albomu" nominasiyasında "Qremmi" mükafatına layiq görülüb.



