Oqtay Şirəliyevin qohumu, qalmaqallı Bəhruz Şirəliyev işçi haqqı yeyir: “Zeytun Pharma”nın anbarında ETİRAZ

Dərman firması və apteklər şəbəkəsi olan “Zeytun Pharma” MMC-nin Masazırdakı mərkəzi anbarının işçiləri etiraza qalxıb. İşçiləri bildirib ki, ştatsız işlədilir, bayram və tətil günlərində işə cəlb edilir, əlavə günlərin əməkhaqları isə ödənilmir.
Bu barədə "Tribuna.az"-a MMC-nin Masazırdakı mərkəzi anbarının işçiləri bildirib. İşçilərin sözlərinə görə, onlar bayram günləri də işə cəlb edilir, ancaq bu günlərin ödənişi edilmir: “Burada kim nə işlə məşğuldur, kim nəçidir, bəlli deyil. Bir nəfərə 10 adamın işini gördürürlər. Kim hansı ştatdadır, məlum deyil. İşlədirlər, ancaq pulumuzu vermirlər. Bayram günləri və şənbə hamını işə çağırdılar. Ancaq o günlərin pulu hələ də ödənməyib. Mart ayındakı bayram günlərində, Qurban bayramı günlərində də hamımız işə çıxmışıq. Hamımıza bir kağıza da qol çəkdirdilər ki, guya biz öz istəyimizlə bayram günləri işləməyə razıyıq.
Hansısa ştatda çalışırıq, amma əmrimiz verilmir. Hər kəsin guya bir vəzifəsi var. Amma bu vəzifə, ştat rəsmi formada deyil. Bu qədər işçini ştatsız çalışdırıb, haqlarını da ödəmirlər”.
İşçilər bildirib ki, bir ildir ən aşağı maaşla əməkləri istismar edilir: “Anbarda nəsə əskik olsa, bunu işçinin ayağına yazırlar. Ancaq artıq olanda anbara qalır. Mal əziləndə, sınanda pulunu işçidən çıxırlar. MMC-nin bir anbarından digər anbarına artıq və ya əskik mal gedəndə işçini cərimələyirlər. Halbuki o mal itmir, sadəcə bir anbardan digərinə daşınır”. Narazı işçilər haqlarının ödənilməsini, ştatların açılmasını və əmrlərinin verilməsini tələb edir. Bəzi işçilər tələblərinin yerinə yetirilmədiyi təqdirdə aidiyyəti dövlət qurumlarına, məhkəməyə müraciət edəcəklərini bildiriblər.
Məsələ ilə bağlı cumhuriyyet.az olaraq onu da bildirək ki, “Zeytun Pharmaceuticals” MMC dövlət satınalmalarında iştirak edən ən böyük şirkətlərdəndir. 2014-cü ilin oktyabrında yaranmış, Nizamnamə kapitalı 2000 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nizami rayonu, Oqtay Vəliyev küçəsi, ev 21C-də yerləşir. MMC-nin qanuni təmsilçisi Şirəliyev Bəhruz Əvəz oğludur. O, keçmiş Səhiyyə nazirimərhum Oqtay Şirəliyevin qohumudur. Elə şirkətin də faktiki Oqtay Şirəliyevə məxsus olması barədə dəfələrlə mediada məlumatlar yayılsa da, təkzib olunmayıb. Oqtay Şirəliyev nazir olduğu dövrdə “Zeytun Pharmaceuticals” dövlət proqramları çərçivəsində dərman və tibbi təyinatlı vasitələrin təmini ilə məşğul olub. Büdcədə səhiyyə sahəsində nəzərdə tutulan proqramlar üzrə dərman və tibb ləvazimatların tədarükü üçün ən böyük tenderlər də məhz bu şirkətə həvalə edilib. Hətta koronavirus infeksiyasının aşkar edilməsində istifadə olunan spesifik diaqnostik testlərin alınmasını da bu şirkət həyata keçirirdi. Şirkətin qanuni təmsilçisi olan Şirəliyev Bəhruz Əvəz oğlu həm də “Rəvan” futbol klubunun keçmiş vitse-prezidentidir.
Eyni zamanda cumhuriyyet.az xatırladır ki, iki il öncə Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) tərəfindən “ZEYTUN PHARMACEUTİCALS” MMC-yə məxsus 10-a yaxın aptekdə əməliyyat keçirilib və məsul şəxslər saxlanılıb. İlkin məlumata görə, “Zeytun”un Xəzər rayonu Binə qəsəbəsində yerləşən və Aslan adlı şəxsin idarə etdiyi, Nizami rayonu, Qarayev prospektində yerləşən və Arzu adlı şəxsin idarə etdiyi, Suraxanı qəsəbəsi, Samir Şərifov küçəsində yerləşən və Elvin adlı şəxsin idarə etdiyi, Sumqayıt şəhərində Dağlar adlı şəxsin idarə etdiyi “Dağlar” aptekdə əməliyyatlar keçirilib. Yuxarıda adları qeyd edilən şəxslər saxlanılaraq material formasında araşdırmalara başlanılıb. Həmin apteklərdə qanunsuz dərman satışı həyata keçirildiyi iddia olunub./tribuna.az

Son xəbərlər

​Şəkidə evdən meyit tapıldı

ASA Qlobal təhsil şəbəkəsində: Fuad Hacıyevin rəhbərliyi ilə Avropada yeni addım

“Azərişıq” ASC Xaçmazın 20-dək kənd və qəsəbəsinin elektrik təsərrüfatını yeniləyir-VİDEO

Oqtay Şirəliyevin qohumu, qalmaqallı Bəhruz Şirəliyev işçi haqqı yeyir: “Zeytun Pharma”nın anbarında ETİRAZ

Ukraynanın hücumundan sonra Krımda fövqəladə vəziyyət elan edildi

Onun portreti 1.7 milyon dollara satıldı

Rusiya Ermənistana daha bir qadağa qoydu

Dünyanın ən dözümlü canlısı hesab olunan mikroskopik möcüzə

Güclü ordu – müstəqil dövlətin sarsılmaz təminatı

DİN: Ölkə üzrə 58 cinayət açılıb, 158 nəfər saxlanılıb

Azərbaycan Ordusundakı qadınların sayı açıqlandı

Nənə qızını və 4 nəvəsini öldürdü

Həbsxanalarda bu il 31 cütlük ailə qurdu

Ölkənin bir çox rayonlarında yağış və şimşək müşahidə olunub

Anar Bayramov daha üç xəstəxananın direktorunu işdən çıxardı

Zakir Həsənov Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Azərbaycanın bəzi rayonlarında şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA

Azərbaycan neftinin qiyməti kəskin artdı

Özbəkistanın Aİİ-yə üzvlüyü ciddiləşir- sırada Azərbaycan var?

“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirilib

Qızıl min illər boyu niyə paslanmır? - SƏBƏBİ

İstisuda dağlıq-meşəlik ərazidə itkin düşən 8 nəfər xilas edildi

Almaniya Ekvador millisinə uduzdu

Yaponiyada yenidən güclü zəlzələ oldu

Paytaxtın bu yolları sürücülərin üzünə bağlanacaq - SİYAHI

Vasilyev: İrəvan iki ildir KTMT-yə pul ödəmir

İran Sinqapur yük gəmisinə hücum etdi

Bakının mərkəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bakıda "Range Rover" ağır qəza törətdi: ölən var

Vinisius Ançelottidən hədiyyə gözləyir

Bütün xəbərlər