gundem / siyaset / dunya
26.06.2026
Vasilyev: İrəvan iki ildir KTMT-yə pul ödəmir
Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) ümumi büdcəsinə töhfəsi 10 faiz təşkil edir.
DogruXeber.tv xəbər verir ki, bu barədə Rusiyanın KTMT-dəki daimi nümayəndəsi Viktor Vasilyev məlumat verib.
Üzvlük haqları məsələsini şərh edən Vasilyev qeyd edib ki, söhbət büdcədəki faiz nisbətindən gedir.
O xatırladıb ki, Rusiya təşkilatın büdcəsinin 50 faizini, qalan üzv ölkələrin hər biri isə 10 faiz ödəyir.
“Buna uyğun olaraq, Ermənistan tərəfinin ödəməli olduğu 10 faizlik üzvlük haqqı artıq iki ildir ödənilmir”, - Vasilyev vurğulayıb.
Rusiyanın daimi nümayəndəsi bundan əvvəl bildirmişdi ki, Ermənistanın təşkilata üzvlüyü KTMT rəhbərliyi tərəfindən ətraflı şəkildə müzakirə olunacaq.



