gundem / siyaset / dunya
23.11.2023
Ermənistanın iştirakı olmadan KTMT-nin iclası keçirilir
Minskdə KTMT-nin 2 günlük sammiti başlayıb.
"dogruxeber.tv" xarici KİV-ə istinadən xəbər verir ki, hazırda xarici işlər, müdafiə nazirləri və Təhlükəsizlik Şurasının katiblərinin birgə iclası keçirilir.
Noyabrın 24-də isə KTMT ölkələrinin liderlərinin görüşü baş tutacaq.
Bugünkü görüşdə regionun hərbi-siyasi vəziyyəti müzakirə olunur. Lakin Ermənistan tərəfindən heç bir rəsmi şəxs Belarusa getməyib və sessiyalarda iştirak etmir.



