“AzerGold” QSC və onun törəmə şirkətlərinin 2025-ci ilin yekunlarına dair maliyyə nəticələri açıqlanıb

DogruXeber.tv: “AzerGold” QSC-nin və onun törəmə şirkətləri - “Daşkəsən Dəmir Filiz” MMC və “AzerBlast” MMC-nin 2025-ci ilin yekunlarına dair maliyyə hesabatları açıqlanıb.
Beynəlxalq nüfuzlu müstəqil auditor şirkəti - “PricewaterhouseCoopers” (PwC) tərəfindən aparılan maliyyə yoxlamaları nəticəsində müsbət auditor rəyi verilən maliyyə hesabatlarına əsasən Səhmdar Cəmiyyətin və onun törəmə şirkətlərinin birgə maliyyə nəticələrində pozitiv tendensiyalar qeydə alınıb.
Ötən ili də yüksək gəlir və mənfəətlə başa vuran Cəmiyyət bütün göstəricilər üzrə mövqeyini daha da möhkəmləndirib.
Ümumilikdə, 2024-cü illə müqayisədə satış gəlirləri (182,69 milyon ABŞ dolları) 2025-ci ildə 46% artaraq 266,45 milyon ABŞ dolları səviyyəsinə yüksəlib. Hesabat ilində qızıl satış qiymətinin 37%, ümumi satış həcmi 4% artaraq, 73,3 min unsiya qızıl və 93,2 min unsiya gümüş təşkil edib. Bununla yanaşı, törəmə müəssisə olan “AzerBlast” MMC-nin ötən il üzrə fəaliyyəti də ümumi satış gəlirlərinin formalaşmasına təxminən 3% həcmində töhfə verib. 
2025-cü ildə istehsalat həcmi və satış gəlirlərinin artması nəticəsində “AzerGold” QSC və onun törəmə şirkətlərinin əməliyyat mənfəətinin göstəricisi olan EBITDA (faiz, vergi və amortizasiya hesablanmazdan əvvəlki mənfəət) 58,52% artaraq 142,48 milyon ABŞ dolları səviyyəsində qeydə alınıb. Nəticədə xalis mənfəət 2024-cü il ilə müqayisədə 49,04 milyon ABŞ dolları, yəni 148,5% artaraq 82,06 milyon ABŞ dollarına çatıb.
2025-ci ilin sonuna Səhmdar Cəmiyyəti və onun törəmə şirkətlərinin ümumi aktivlərinin dəyəri 573,63 milyon ABŞ dollarına çatıb ki, bu da əvvəlki illə müqayisədə 17,5% çoxdur.
Həmçinin “AzerGold” QSC və onun törəmə şirkətlərinin 2025-ci ildə xalis dövriyyə kapitalı 86,4% artaraq 196,11 milyon ABŞ dolları, ümumi kapitalı isə 22,3% artaraq 489,05 milyon ABŞ dolları təşkil edib.
“AzerGold” QSC və onun törəmə şirkətlərinin 2025-ci il üzrə maliyyə göstəriciləri qrupun yüksək maliyyə dayanıqlığının və effektiv maliyyə idarəetməsininin bariz sübutudur. Beynəlxalq təcrübədə dağ-mədən şirkətləri üçün borc/kapital nisbətinin 1,0 səviyyəsində olması qənaətbəxş göstərici hesab edildiyi halda, “AzerGold” QSC üzrə bu göstərici 2025-ci ildə 0,07-dən 0,04-ə enib. Bundan əlavə, hesabat ilinin sonuna şirkətin kredit öhdəlikləri tam şəkildə bağlanıb.
2025-ci il üzrə konsolidə edilmiş maliyyə nəticələri ilə ətraflı tanış olmaq üçün linkə keçid edə bilərsiniz.

Son xəbərlər

Anar Bayramov daha üç xəstəxananın direktorunu işdən çıxardı

Türkiyədə binada yanğın: Ölənlər var

“AFB Bank”ın eks-filial müdiri 12 min “otkat” alıb

“AzerGold” QSC və onun törəmə şirkətlərinin 2025-ci ilin yekunlarına dair maliyyə nəticələri açıqlanıb

Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı mühüm xəbər: Tikinti bu tarixdə başlayır

Azərbaycanda hərbçilərin şəxsi jetonu olacaq

Ukrayna strateji bölgəni azad etdi

Təl-Əvivdən Moskvaya uçuşlar dayandırıldı

Həvəsinə görə məhkəməlik oldu - Bakıda gənc oğlanın ŞOK ƏMƏLİ

İyunun 26-da hava dəyişir: Yağış yağacaq, şimşək çaxacaq

Azərbaycan Suriyada 10 məktəbin yenidən inşasına, daha 100-nün bərpasına dəstək verəcək

Azərbaycanda məsafədən verilən istehlak kreditlərinə dair yeni tələblər müəyyənləşdirilib

II və III ixtisas qrupları üzrə 2-ci cəhd imtahanı bu tarixdə keçiriləcək

“Qarabağ”dan 2.7 milyonluq transfer - Artıq Bakıdadır

Azərbaycanın bank sektorunun aktivləri artıb

Metrodan istifadə edənlərin DİQQƏTİNƏ - Dəyişiklik olacaq

Ölü insanların kimliyindən istifadə edib milyonlar qazandılar

"Orta əsrlərdə yaşayırsınız" dedi, çimərlikdən qovuldu

TƏBİB rəhbəri daha üç xəstəxananın direktorunu işdən çıxardı

“Azərişıq” ASC-yə ISO beynəlxalq standartları üzrə sertifikatlar təqdim olunub

Xanımı ilə dalaşan Əməkdar artist özünü körpüdən atdı

60 yaşlı kişi mağazada öldü

Azərbaycanda yeni rüsum müəyyənləşir - 70 manat

Dollar almaq istəyənlərin nəzərinə

Venesuelada şiddətli zəlzələ: binalar çökdü, 32 ölü - Video

“Brent” ucuzlaşdı

Növbəti köç karvanları yola salındı

Yaponiyada zəlzələnin maqnitudası 7,2-yə yüksəldildi

Sabah çimərliklərdə dəniz suyu 25 dərəcəyədək isinəcək

Xəzər rayonunda avtomobilləri talayan şəxs saxlanıldı

Bütün xəbərlər