“AzerGold” QSC 285 nəfər müharibə iştirakçısı və şəhid ailəsi üzvünün  daimi məşğulluğunu təmin edib

Ölkəmizin dağ-mədən sahəsində uğurlu fəaliyyət həyata keçirən “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) qeyri-neft sektorunun inkişafı ilə yanaşı, regionların sosial-iqtisadi tərəqqisi, məşğulluğun artırılması istiqamətində dövlətimizin yürütdüyü siyasətə töhfə verməyə davam edir.

"dogruxeber.tv"ın məlumatına görə, Daşkəsən və Göygöl rayonlarında aktiv hasilat, həmçinin Daşkəsən rayonunda aktiv istehsalat fəaliyyəti aparan QSC 2023-cü ildə təsdiqlənmiş ştat cədvəlinə uyğun olaraq, faktiki 664 nəfər işçi olmaqla, ümumilikdə mədən ərazilərində çalışan podratçı şirkətlərlə birgə 1856 nəfər işçi üçün müasir standartlara cavab verən iş şəraiti yaradıb. 2023-cü ildə QSC-nin törəmə şirkətləri – “Daşkəsən Dəmir Filiz” MMC və “AzerBlast” MMC-də isə ümumi olaraq 288 nəfər daimi işlə təmin olunub.

2023-cü ildə mədən layihələrinin icrası ilə əlaqədar həm “AzerGold” QSC, həm də onun törəmə cəmiyyətlərində yeni iş yerlərinin açılması, daimi işçi sayının artırılması davam etdirilir. Cari il təsdiq olunmuş yeni ştat cədvəlləri üzrə əməkdaş sayının “AzerGold” QSC-də 750, törəmə şirkətlərdə isə ümumilikdə 291 nəfər olmaqla, ümumilikdə 1041 nəfərə çatdırılması nəzərdə tutulub.

Yeni əməkdaşların məşğulluğa cəlb edilməsi prosesində vacib məsələlərdən biri də ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş qazilərimizin, şəhid ailə üzvlərinin işlə təminatıdır. Hazırda QSC-də 78 nəfər müharibə iştirakçısı, 12 nəfər şəhid ailəsi üzvü çalışmaqdadır. Cari il də bu kateqoriyadan olan vətəndaşların işlə təminatı məsələsinə müvafiq ixtisas və peşə bacarıqlarına uyğun olaraq
xüsusi diqqət yetirilir. Səhmdar Cəmiyyətin törəmə şirkətləri - “Daşkəsən Dəmir Filiz” MMC və “AzerBlast” MMC-də (DDF MMC) isə əmək fəaliyyətinə cəlb edilən müharibə iştirakçısı və şəhid ailəsi üzvlərinin ümumi sayı 43 nəfərdir.

QSC-nin Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsi, həmçinin qızıl və dəmir filizi mədənlərində çalışan, eləcə də tikinti-quraşdırma işləri ilə bağlı fəaliyyətə cəlb edilən uzunmüddətli podratçı şirkətlərdə də sözügedən həssas kateqoriyaya aid vətəndaşların işlə təminatına diqqət yetirilir. Hazırda “AzerGold” QSC və onun törəmə cəmiyyətlərində fəaliyyətə cəlb olunan podratçı şirkətlərin ümumilikdə 152 nəfər əməkdaşı qeyd olunan həssas kateqoriyaya aiddir.

Qeyd edək ki, ölkəmizin əmək bazarında ən tələbatlı şirkətlərdən biri olan “AzerGold” QSC-nin fəaliyyəti nəticəsində bugünədək ümumilikdə, 285 nəfər müharibə iştirakçısı və şəhid ailəsi üzvünün daimi məşğulluğu təmin edilib.

Son xəbərlər

Vinisius Ançelottidən hədiyyə gözləyir

Aqşin Fatehin restoranı yenə bağlandı

Bakıdakı metro stansiyalardan birində lift olacaq

Ötən il 764 xarici diplom tanınmayıb - Rəsmi

Ötən gün 62 cinayətin üstü açılıb

Anar Bayramov daha üç xəstəxananın direktorunu işdən çıxardı

Türkiyədə binada yanğın: Ölənlər var

“AFB Bank”ın eks-filial müdiri 12 min “otkat” alıb

“AzerGold” QSC və onun törəmə şirkətlərinin 2025-ci ilin yekunlarına dair maliyyə nəticələri açıqlanıb

Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı mühüm xəbər: Tikinti bu tarixdə başlayır

Azərbaycanda hərbçilərin şəxsi jetonu olacaq

Ukrayna strateji bölgəni azad etdi

Təl-Əvivdən Moskvaya uçuşlar dayandırıldı

Həvəsinə görə məhkəməlik oldu - Bakıda gənc oğlanın ŞOK ƏMƏLİ

İyunun 26-da hava dəyişir: Yağış yağacaq, şimşək çaxacaq

Azərbaycan Suriyada 10 məktəbin yenidən inşasına, daha 100-nün bərpasına dəstək verəcək

Azərbaycanda məsafədən verilən istehlak kreditlərinə dair yeni tələblər müəyyənləşdirilib

II və III ixtisas qrupları üzrə 2-ci cəhd imtahanı bu tarixdə keçiriləcək

“Qarabağ”dan 2.7 milyonluq transfer - Artıq Bakıdadır

Azərbaycanın bank sektorunun aktivləri artıb

Metrodan istifadə edənlərin DİQQƏTİNƏ - Dəyişiklik olacaq

Ölü insanların kimliyindən istifadə edib milyonlar qazandılar

"Orta əsrlərdə yaşayırsınız" dedi, çimərlikdən qovuldu

TƏBİB rəhbəri daha üç xəstəxananın direktorunu işdən çıxardı

“Azərişıq” ASC-yə ISO beynəlxalq standartları üzrə sertifikatlar təqdim olunub

Xanımı ilə dalaşan Əməkdar artist özünü körpüdən atdı

60 yaşlı kişi mağazada öldü

Azərbaycanda yeni rüsum müəyyənləşir - 70 manat

Dollar almaq istəyənlərin nəzərinə

Venesuelada şiddətli zəlzələ: binalar çökdü, 32 ölü - Video

Bütün xəbərlər