“AzerGold” QSC kadr hazırlığı sahəsində fəaliyyətini genişləndirib

"dogruxeber.tv" bildirir ki, “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) dağ-mədən sahəsində uğurlu fəaliyyəti ilə ölkəmizin qeyri-neft sektorunun inkişafı ilə yanaşı, məşğulluq, ixtisaslı kadr hazırlığı istiqamətində dövlət siyasətinə töhfə verməyə davam edir. Belə ki, Daşkəsən və Göygöl rayonlarında aktiv hasilat, həmçinin Daşkəsən rayonunda aktiv istehsalat fəaliyyəti həyata keçirən QSC-nin 2022-ci ildə təsdiqlənmiş ştat cədvəlinə uyğun olaraq, faktiki 563 nəfər işçi olmaqla, ümumilikdə mədən ərazilərində çalışan podratçı şirkətlərlə birgə 2000 nəfərdən artıq işçi üçün müasir standartlara cavab verən iş şəraiti yaradılıb.

2022-ci ildə QSC-nin törəmə şirkətləri – “Daşkəsən Dəmir Filiz” MMC və “AzerBlast” MMC-də isə ümumi olaraq 265 nəfər daimi işlə təmin olunub.
2023-cü ildə layihələrin icrası ilə əlaqədar həm “AzerGold” QSC, həm də onun törəmə cəmiyyətlərində yeni iş yerlərinin açılması, daimi işçi sayının artırılması planlaşdırılıb. Cari il təsdiq olunmuş yeni ştat cədvəlləri üzrə əməkdaş sayının “AzerGold” QSC-də 750, törəmə şirkətlərdə isə ümumilikdə 291 nəfər olmaqla, ümumilikdə 1041 nəfərə çatdırılması nəzərdə tutulub.

Yeni əməkdaşların məşğulluğa cəlb edilməsi prosesində vacib məsələlərdən biri də ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda döyü
əməliyyatlarında iştirak etmiş qazilərimizin, şəhid ailə üzvlərinin işlə təminatıdır. Hazırda Cəmiyyətdə 44 nəfər Vətən müharibəsi iştirakçısı, 10 nəfər 1-ci Qarabağ müharibəsi veteranı, 1 nəfər müharibə əlili və 10 nəfər şəhid ailəsi üzvü çalışmaqdadır. Cari il də bu kateqoriyadan olan
vətəndaşların işlə təminatı məsələsinə müvafiq ixtisas və peşə bacarıqlarına uyğun olaraq xüsusi diqqət yetirilir.

“AzerGold” QSC tərəfindən dağ-mədən sənayesinin inkişafı üçün vacib sayılan kadr potensialının artırılması istiqamətində də fəal iş aparılır. Bu məqsədlə ölkədə fəaliyyət göstərən 8 ali təhsil müəssisəsi və Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə sıx əməkdaşlıq əlaqələri qurulub. Təhsil müəssisələri ilə əldə edilmiş razılaşmalar əsasında tələbələrin həm QSC-nin baş ofisi, həm də istehsalat sahələrində təcrübə keçmələri üçün
şərait yaradılır. Beləliklə, ali və peşə təhsili müəssisələrində elmi-nəzəri biliklər əldə edən tələbələr əyani surətdə istehsalat təcrübəsinə də yiyələnmiş olurlar. Həmçinin Səhmdar Cəmiyyətin mütəxəssisləri tələbələrə mühazirələr oxuyur, ustad dərsləri keçir, eləcə də müxtəlif müsabiqələr, stimullaşdırıcı tədbirlər həyata keçirirlər. Bugünədək 190 nəfər tələbə və məzun sözügedən təcrübə proqramında iştirak edib, 27 nəfər Cəmiyyətdə işlə təmin olunub.

Eyni zamanda, artıq ikinci ildir ki, “AzerGold” QSC ölkəmizdə fəaliyyət göstərən ali və peşə təhsili müəssisələrinin tələbələri üçün Təqaüd proqramı müsabiqələri təşkil edir. Səhmdar Cəmiyyətin strateji layihələrinin vaxtında zəruri kadrlarla təminatı, müvafiq ixtisaslarda yerli mütəxəssis bazasının inkişaf etdirilməsi məqsədilə elan edilən müsabiqələrdə qalib gələn tələbələr proqrama cəlb edilir, məzun olduqdan sonra onların
müvafiq vakansiyalar üzrə işlə təminatı istiqamətində Cəmiyyətin tələbatına uyğun olaraq zəruri addımlar atılır.

Son xəbərlər

Bakıda "Range Rover" ağır qəza törətdi: ölən var

Vinisius Ançelottidən hədiyyə gözləyir

Aqşin Fatehin restoranı yenə bağlandı

Bakıdakı metro stansiyalardan birində lift olacaq

Ötən il 764 xarici diplom tanınmayıb - Rəsmi

Ötən gün 62 cinayətin üstü açılıb

Anar Bayramov daha üç xəstəxananın direktorunu işdən çıxardı

Türkiyədə binada yanğın: Ölənlər var

“AFB Bank”ın eks-filial müdiri 12 min “otkat” alıb

“AzerGold” QSC və onun törəmə şirkətlərinin 2025-ci ilin yekunlarına dair maliyyə nəticələri açıqlanıb

Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı mühüm xəbər: Tikinti bu tarixdə başlayır

Azərbaycanda hərbçilərin şəxsi jetonu olacaq

Ukrayna strateji bölgəni azad etdi

Təl-Əvivdən Moskvaya uçuşlar dayandırıldı

Həvəsinə görə məhkəməlik oldu - Bakıda gənc oğlanın ŞOK ƏMƏLİ

İyunun 26-da hava dəyişir: Yağış yağacaq, şimşək çaxacaq

Azərbaycan Suriyada 10 məktəbin yenidən inşasına, daha 100-nün bərpasına dəstək verəcək

Azərbaycanda məsafədən verilən istehlak kreditlərinə dair yeni tələblər müəyyənləşdirilib

II və III ixtisas qrupları üzrə 2-ci cəhd imtahanı bu tarixdə keçiriləcək

“Qarabağ”dan 2.7 milyonluq transfer - Artıq Bakıdadır

Azərbaycanın bank sektorunun aktivləri artıb

Metrodan istifadə edənlərin DİQQƏTİNƏ - Dəyişiklik olacaq

Ölü insanların kimliyindən istifadə edib milyonlar qazandılar

"Orta əsrlərdə yaşayırsınız" dedi, çimərlikdən qovuldu

TƏBİB rəhbəri daha üç xəstəxananın direktorunu işdən çıxardı

“Azərişıq” ASC-yə ISO beynəlxalq standartları üzrə sertifikatlar təqdim olunub

Xanımı ilə dalaşan Əməkdar artist özünü körpüdən atdı

60 yaşlı kişi mağazada öldü

Azərbaycanda yeni rüsum müəyyənləşir - 70 manat

Dollar almaq istəyənlərin nəzərinə

Bütün xəbərlər