gundem / Kriminal
24.06.2026
Xəzər rayonunda avtomobilləri talayan şəxs saxlanıldı
Paytaxtın Xəzər rayonunun Binə qəsəbəsi ərazisində “Changan” markalı avtomobildən 1300 manat məbləğində pul vəsaiti oğurlanıb.
DogruXeber.tv "manset.az"-a istinadən xəbər verir ki, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Elməddin Rəhimov müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Xəzər rayonu ərazisində daha 6 nəqliyyat vasitəsindən eyni üsulla oğurluq etdiyi də məlum olub.
Araşdırmalar davam etdirilir.



