gundem / hadise
8.04.2026, 12:45
İşlədiyi evdən 30 min manatlıq oğurluq etdi
İşlədiyi evdən 30 min manatlıq oğurluq edən şəxs saxlanılıb.
DogruXeber.tv xəbər verir ki , DİN-dən 32gun.az'a verilən xəbərə görə, Xəzər rayonu ərazisində oğurluq hadisəsi qeydə alınıb. Naməlum şəxs rayon ərazisində yerləşən evlərin birindən müxtəlif zamanlarda ümumilikdə 30 min manat dəyərində qızıl-zinət, məişət və geyim əşyaları oğurlayıb. Bu barədə zərərçəkən polisə müraciət edib.
Xəzər RPİ 1-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, həmin evdə çalışan 29 yaşlı N.İbrahimzadə müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır



