9 evdən oğurluq edən şəxs saxlanıldı













Binəqədi qəsəbəsində 9 evdən oğurluq edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən "dogruxeber.tv"a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsi (RPİ) Cinayət Axtarış Şöbəsi və 43-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri uğurlu əməliyyat-axtarış tədbiri nəticəsində paytaxt ərazisində silsilə oğurluqlar edən əvvəllər məhkum olunmuş paytaxt sakini Raci Meybullayev saxlanılıb.

Araşdırma zamanı müəyyən olunub ki, həmin şəxs Binəqədi qəsəbəsində 9 fərdi yaşayış evindən oğurluqlar edib.

Mənzillərdə heç kimin yaşamadığına əmin olandan sonra oğurluq edən R.Meybullayev əsasən məişət, qızıl-zinət əşyaları və pul oğurlayıb. Onun yaşadığı evə baxış zamanı oğurladığı əşyaların bir qismi polis tərəfindən aşkar edilərək maddi sübut kimi götürülüb.

Qeyd edilən faktlarla bağlı toplanan materiallar Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.

Bu şəxsin əməllərindən zərərçəkmiş başqa vətəndaşlar varsa Binəqədi RPİ və ya 43-cü Polis Bölməsinə müraciət edə bilərlər./Yenisabah

Son xəbərlər

İşçilərin şirkətdə pay sahibi olması: Yeni qanun layihəsi müzakirəyə çıxarıldı

Müəllimlər üçün vahid forma, yoxsa dres-kod?

Göygöldə minlərlə manatlıq gül və ağac alınır

“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi

Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

Əhmədlidə açıq ərazidə yanğın başladı

Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi

Əraqçi və Lavrov İran-ABŞ razılaşmasını müzakirə etdi

Alimlər açıqladı: Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?

Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır

Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Qanunsuz silah-sursat aşkarlandı

Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Bombardman təyyarəsi qəza törətdi - 2 pilot həlak oldu

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi

Maştağada bədbəxt hadisə

Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə+Video

Əməkdar artistin xanəndə oğlu vəfat etdi

İlham Əliyevdən mühüm FƏRMAN

İşə maşınla gedənlərin nəzərinə

G7 ölkələri Rusiyaya sanksiyaları artıracaq

Ermənistanda NATO ilə birgə təlimlər başlayır

Avro bahalaşdı

İnfarkt keçirənlərin 99 faizində bu problem olub — Araşdırma

İlham Əliyev fərman imzaladı

Baş nazirdən aqrar sektorla bağlı qərar

Bütün xəbərlər