Bir gecədə üç qonşunun evindən oğurluq etdi













Sabunçu qəsəbəsi şəhər Şossesi küçəsində yerləşən paytaxt sakini Xanoğlan Hadıyevə məxsus fərdi yaşayış evindən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən - verilən məlumata görə, bu barədə ev sahibi Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinə məlumat verib.

Şikayətçi fevralın 16-da evdə olmadığı müddətdə mənzilinin pəncərəsinin qırıldığını, oradan 4 min manat dəyərində qızıl-zinət əşyaları və 280 manat pul oğurlandığını bildirib.12-ci Polis Bölməsi əməkdaşlarının "isti” izlərlə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən həmin qəsəbədə yaşayan Quba rayon sakini Elmin İsayev tutulub. Saxlanılan şəxs ifadəsində oğurluq etdiyi evin sahibi ilə qonşu olduğunu və həmin evdə heç kimin yaşamadığını bildiyi üçün oradan oğurluq etdiyini bildirib.

E.İsayevin ətrafında əlavə olaraq həyata keçirilən istintaq-əməliyyat tədbirləri zamanı onun digər cinayətlərinin də üstü açılıb. Araşdırmalarla saxlanılan şəxsin eyni gündə Sabunçu qəsəbəsində daha iki fərdi yaşayış evinə oğurluq niyyəti ilə daxil olduğu və həmin mənzillərdən 2500 manat dəyərində qızıl-zinət əşyaları və 317 manat pul oğurladığı məlum olub.Qeyd edilən faktlarla bağlı 12-ci Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir./XəzərXəbər


Bir gecədə üç qonşunun evindən oğurluq etdi


Bir gecədə üç qonşunun evindən oğurluq etdi

Son xəbərlər

İrəvandan Azərbaycanla bağlı ŞOK etiraf

Ərdoğanın oğlu: İsrailə olar, Rusiyaya yox?

Bu xəstəxanaların qarşısında parklanma ləğv edildi - SİYAHI

Bu şəxslərin vərəsələrinə ödəniş veriləcək - Yeni QƏRAR

Azərbaycanın 92 yaşlı alimi 50 İLDƏN SONRA VƏZİFƏDƏN GETDİ

Şənbə günü Bakıda 30 dərəcə isti olacaq -PROQNOZ

“Sıfır Tullantı” həmrəylik marafonuna start verildi

49 nəfər səhrada susuzluqdan öldü

Bu türk ölkəsi Dubaya uçuşları bərpa etdi

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Qızıl almaq istəyənlər üçün ŞAD XƏBƏR - 1 qramı...

Kompüterlər üçün ilk ultra-sürətli yaddaş yaradıldı

BMT: Dünyada ərzaq ucuzlaşıb

Dövlət Xidməti Ağsuda vətəndaş qəbulu keçirdi

Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb

Yay üçün arıqlamaq istəyənlər bu səhvə yol verməsinlər

Hicran Hüseynova dünyasını dəyişdi

“Liverpul” yeni baş məşqçisini açıqladı

İtaliyada dörd miqrant diri-diri yandırıldı

Məhv olmuş planetin ilk qəti sübutu tapıldı

Oğluna dördüncü dəfə Laçında toy etdi

ABŞ Haitidən gələn və 240 miqrantı daşıyan qayığı saxlayıb

Türkiyə terrorla mübarizədə Nigerə yardım edəcək

Putin İlham Əliyevə buna görə təşəkkür etdi

Yeni Delhidə oteldə yanğın olub – 21 nəfər ölüb, 17-si əcnəbidir

Tovuzun Cəlilli kəndi içməli su ilə təmin olunub

Əraqçi Xameneinin öldürüldüyü vaxt onun ofisində imiş - detalları açıqladı

Livanda ölənlərin sayı 3 526 nəfərə çatdı

Zelenski Putinə görüş və atəşkəs təklif edib

Bütün xəbərlər