hadise
8.02.2018
Qəbiristanlıqdan oğurluq edən yeniyetmələr tutuldu

Kürdəmirdə qəbiristanlıqdan oğurluq edən üç yeniyetmə tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən XəzərXəbər-ə verilən məlumata görə, Kürdəmir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 7-də Xırdapay kəndindəki qəbiristanlıqda qəbirlərinin ətrafına çəkilmiş məhəccərlərin üzərilərində quraşdırılmış alüminiumdan olan bəzək əşyalarını oğurlamaqda şübhəli bilinən rayon sakinləri olan 3 yeniyetmə saxlanılıb.


