hadise
18.11.2019
Abşeronda evdən 53 min manatlıq oğurluq edən şəxslər saxlanılıb

Abşeronda evdən 53 min manatlıq oğurluq edən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyindən dogruxeber.tv-a verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 11-də rayon ərazisindəki evlərin birindən 53.500 manat dəyərində geyim və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Masazır qəsəbə sakinləri, əvvəllər məhkum olunmuşlar – B.Aslanov və Q.Məmmədov saxlanılıb./Trend


