hadise
17.11.2020, 14:10
Bakıda evlərdən oğurluq edən şəxs tutuldu

Bakıda beş evdən oğurluq edən Lənkəran sakini saxlanılıb.
dogruxeber.tv bununla bağlı Daxili İşlər Nazirliyinə istinadən məlumat verir.
Bildirilib ki, Xəzər RPİ 2-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 13-dən noyabrın 13-dək olan müddətdə rayon ərazisindəki beş evdən pul, qızıl-zinət əşyaları, noutbuk, sənəd, planşet, su qızdırıcısı və elektrik naqili oğurlamaqda şübhəli bilinən Lənkəran şəhər sakini, əvvəllər məhkum olunmuş A.Əliyev tutulub.


