hadise
18.05.2020, 13:57
İki evə birdən girdi, 11 min manatlıq soyğunçuluq

Bakıda mənzillərdən oğurluq edən şəxs saxlanılıb.
dogruxeber.tv bildirir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumatına görə, Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki 2 evdən ümumilikdə 2230 manat, 2000 ABŞ dolları və 5300 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən İsmayıllı rayon sakini E.İsayev saxlanılıb.
Faktla araşdırma aparılır.(Lent.az)


