gundem / siyaset / dunya
23.06.2026
Litvanın Baş naziri istefa verdi
Litvanın Baş naziri Inga Ruginienė vəzifəsindən istefa verib.
DogruXeber.tv-nin xarici mediaya istinadən məlumatına görə, Ruqinienenin istefasından sonra Litva qanunvericiliyinə uyğun olaraq yeni hökumətin formalaşdırılması prosesi rəsmən başlayacaq.
Baş nazirin istefa qərarı Litva parlamentinin iclasında müzakirəyə çıxarılıb və nazirlər tərəfindən yekdilliklə dəstəklənib.
İstefadan sonra ölkədə yeni hökumətin tərkibinin müəyyənləşdirilməsi və təsdiqlənməsi ilə bağlı siyasi prosedurların həyata keçiriləcəyi gözlənilir.



