gundem / sosial / Təhsil
23.06.2026
İşdən çıxamağınızla bağlı ərizə yazmayın - Təhsil eksperti
Sertifikasiya imtahanından kəsilənlərə bildirmək istəyirəm ki, işdən çıxamağınızla bağlı ərizə yazmayın. Ərizə yazmağınız o deməkdir ki, siz məzuniyyətə buraxılmadan işdən azad olunacaqsınız.
Bu barədə təhsil eksperti Elşən Qafarov bildirib. O qeyd edib ki, sertifikasiya imtahanndan kəsilənləri ərizə yazmağa məcbur edilməsi onların hüquqlarının pozulması deməkdir:“Bu gün sertifikasiya imtahanından kəsilənləri işdən çıxmaları ilə bağlı ərizə yazmağa məcbur edirlər. Bunu ona görə edirlər ki, kəsilən müəllimlər məhkəməyə müraciət edə bilməsin.
Bu ilki tədris ili elə tarixə düşür ki, bu tədris ilində ayın 22-dən başlayaraq 27-si də daxil olmaqla qeyri-iş günüdür. Əmək qanunvericiliyinə görə, məzuniyyətə getməklə bağlı əmr 5 gün öncədən verilməlidir. Bu müddət artıq ötüb. Bu o deməkdir ki, sertifikasiyadan kəsilən şəxslərlə əmək müqaviləsinə xitam verə bilməyəcəklər. Bu yalnız məzuniyyətdən sonra mümkündür. Yəni ən yaxşı halda sertifikasiyadan kəsilənlərlə bağlı müqaviləyə avqustun 26-27-dən sonra xitam veriləcək.
Sertifikasiyadan kəsilənlərə bildirirəm ki, ərizə yazmayın. Yazsanız, məzuniyyətə buraxılmadan öz əriznizlə işdən azad ediləcəksiniz. Ərizə yazmasanız, sizinlə müqaviləyə avqustun 26-sı xitam verilə bilər. Sizi ərizə yazmağa məcbur edənlər məzuniyyət hüququnuzu pozur”./bizimesr.com



