Azərbaycanda müəllimlərin müqavilələri özlərindən xəbərsiz ləğv edilir? - BU NƏDİ BELƏ?

dogruxeber.tv: - “Mil-Muğan Regional Təhsil İdarəsi öz tabeliyində olan ümumtəhsil müəssisələrindəki müəllimlərdən xəbərsiz onların müddətsiz əmək müqavilələrini birtərəfli ləğv edib”.
Bunu Meydan TV-yə işini itirmək qorxusu ilə adını açıqlamayan müəllim deyir.
Onun sözlərinə görə, əmək müqavilələri ləğv edilən müəllimlərdən xəbərsiz 2022-ci il sentyabrın 28-də müqavilələri yenilənib.
Otuz illik iş təcrübəsi olduğunu deyən müəllim müqaviləsinin sıfırlandığını təsadüfən öyrənib:
“Rayondakı banklardan birinə kredit götürməyə getmişdim. Sistemdə baxıb, dedilər ki, iş stajınız uyğun deyil. Əlavə etdilər ki, sizinlə 2022-ci il sentyabrın 28-də əmək müqaviləsi bağlanıb. Digər bir banka müraciət etdim, eyni cavabı aldım. Bankda olanda, mənə kifayət qədər çox ərizə göstərildi. Bildirildi ki, hazırda Elm və Təhsil Nazirliyi ilə danışıqlar aparılır. Əgər razılığa gəlinsə, müəllimləri dəvət edib, kredit veriləcək”.
Zərərçəkən məsələ ilə bağlı Regional Təhsil İdarəsinə müraciət edib. İddia edir ki, ona qaydanın belə olduğu və məsələ ilə bağlı aidiyyəti instansiyalara müraciət etməmək tapşırılıb:
“Regional Təhsil İdarəsindən sərt formada bildirildi ki, bundan sonra belədir, bunu bütün müəllim və direktorlar bilir. Regiondan direktorların hər birinə konkret şəkildə tapşırılıb ki, hər hansı bir məktəbdən “Qaynar xətt”ə zəng edilsə, həmin məktəbin direktoru ilə ayrıca haqq-hesab çəkəcəyik. Bizə hələ də cavab verilməyib ki, niyə bizim müqaviləmiz sıfırlanıb”.
Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov məsələ ilə bağlı sorğunu cavablandırmayıb.
Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi İlqar Orucov bildirib ki, heç bir regional idarə tərəfindən müəllimlərə və məktəb direktorlarına Nazirliyin “Qaynar xətti”nə məlumat verməməklə bağlı tapşırıq verilə bilməz.
Əlavə edib ki, Nazirlik tərəfindən müəllimlərin müqaviləsinin sıfırlanması ilə bağlı tapşırığın verilməsi mümkün deyil:
“Belə bir qadağa təbii ki, ola bilməz. Regional idarələrin yaradılması məqsədi də odur ki, müraciətlər ilk öncə onlara edilsin. Müəllimin, valideynin, məktəb direktorunun problemini yerində həll etmək mümkün deyilsə, bununla bağlı nazirliyə müraciət edə bilərlər. Belə bir məlumat yoxdur və hesab edirəm ki, belə bir tapşırıq da ola bilməz”.
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov isə müddətsiz əmək müqaviləsinə hansı hallarda xitam verilməsi və bu zaman işçinin hansı hüquqlarının əsas götürülməsini şərh edib.
Onun sözlərinə görə, müddətsiz əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilə bilər. Bu, işçinin işə götürənə maddi və mənəvi ziyan vurduğu, yaxud da uzun müddət işə gəlmədiyi hallarda baş verə bilər:
“Həmçinin, müəllim sertifikasiya və attestasiyadan keçmədiyi hallarda da işinə xitam verilə bilər. Amma burada vacib məqam odur ki, işçiyə əvvəlcədən xəbərdarlıq olunmalıdır. Hətta Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi tətbiq olunmazdan öncə işçi çağırılmalı, izahatı alınmalıdır. Ondan sonra onun əmək müqaviləsinə xitam verilə bilər. Əmək şəraitinin şərtləri dəyişdiyi halda da kompensasiyalar verilməlidir. Elə hallar var ki, ixtisara düşəndə, əmək şəraitinin şərtləri dəyişəndə, işçiyə qabaqcadan xəbərdarlıq edilir. Başqa işlər təklif olunur”.
Sahib Məmmədov tövsiyə edir ki, zərəçəkən müəllimlər məsələ ilə əlaqədar vaxt itirmədən məhkəməyə müraciət etsinlər:
“Təhsil sistemində məni təəccübləndirən heç nə yoxdur. Nə desən baş verə bilər, özbaşınalıq və tam saxtakarlıqdır. Həmin müəllimlər dərhal əvvəl mediasiyaya, sonra da məhkəməyə müraciət etməlidirlər. Elm və Təhsil Nazirliyi adlı bir qurum yoxdur. Yerlərdə özbaşınalıqdır. Nazirin özünə sınaq müddəti təyin etmək lazımdır”.
Təhsil eksperti Nabatəli Qulamoğlu da hesab edir ki, müəllimlərin müddətsiz müqaviləsinin pozulması məhkəmə predmetidir:
“Təcrübədə belə hallar çox olub. 2012-ci ildə keçmiş təhsil naziri Mikayıl Cabbarov dedi ki, əyalətlərdə iki mindən artıq müəllim saxta diplomlarla fəaliyyət göstərir. Nazirlik həmin müəllimləri işdən çıxardı. Saxta diplomlu müəllimlər də məhkəməyə müraciət edib, yenidən işə bərpa olundular. Güman edirəm ki, məhkəmə o işi həll edəcək. Belə məsələlər yuxarıdan həll olunur. Yuxarıdan göstəriş verirlər ki, bunu belə edin.
Sertifikasiya ilə bağlı belə bir qayda, sanksiya yoxdur. Üstəlik, sertifikasiya başa çatmayıb. Yalnız ibtidai sinif müəllimlərinin bir hissəsi üçün sertifikasiya aparılıb”.
Müəllimlərin sertifikatlaşdırılması üzrə test imtahanları 2022-ci il avqustun sonunda başlayıb. Bu müddət ərzində 11 mindən çox ibtidai sinif müəllimi test imtahanlarında iştirak edib.
Elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, onların 78 faizi sertifikatlaşdırmadan uğurla keçsə də, 22 faizi yaxşı nəticələr göstərməyiblər.
Nazir əlavə edib ki, sertifikatlaşma imtahanlarında iştirak edən 11 min müəllimdən iki mini kvadratın perimetri veriləndə onun sahəsini hesablaya bilmir.
Sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikasiya üçün tələb olunan minimum balı toplamayan şəxslər 1 il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər.//dia.az

Oxunub: 468

Son xəbərlər

Tərtərdə 48 yaşlı kişi arı sancmasından ölüb

Zelenski: Rusiya bir həftə ərzində Ukraynaya 1 100 aviabomba atıb

Yol Polisi həftəsonu yollardakı vəziyyətlə bağlı sürücülərə xəbərdarlıq edib

Təhsildə “inkişaf” illüziyası: söz var, əməl yoxdur

Hikmət Hacıyev Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərlə Şuşadan foto paylaşıb

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb

Prezidentin köməkçisi: Şuşadakı Qazançı kilsəsi ilkin görkəminə qaytarılıb

Bakıda ucuz mebel adı altında sosial şəbəkələrdə dələduzluq edən keçmiş məhkum saxlanılıb

Diplomatik korpusun nümayəndələri Laçına yola düşüb

Azərbaycan neftinin qiyməti 2 %-dən çox azalıb

Tramp: Netanyahu və Aun mayın 11-də görüşə bilər

Xəzərdə zəlzələ olub

Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb

Cüdoçularımız ilk günü medalsız bitirdilər

Rusiyada evdə baş verən yanğında 7 nəfərlik ailə ölüb

Rusiya XİN: BMT TŞ-nin beş üzvü arasındakı deqradasiya strateji risklərin artmasına səbəb olub

Tramp: ABŞ Yaxın Şərq ölkələrində güc strukturunu yeniləməyə davam edəcək

“Riyad” ticarət mərkəzində mebel sexi yanıb

Azərbaycanda bu kanalların rəhbərləri HƏBS EDİLDİ

Tbilisidə səyyar ASAN xidmət: Azərbaycan vətəndaşları üçün xidmətlər göstəriləcək

Gevorq Papoyan: "Azərbaycandan tədarük olmasaydı, Ermənistanda benzin daha baha olardı"

Pineviç: Ağdamda aqroşəhərcik layihəsinin həyata keçirilməsinə 2027-ci ildə başlanacaq

AMB "Baku Pay"ə icrası məcburi göstəriş verdi

Bakıda əməliyyat: “bank əməkdaşları” saxlanıldı

Bakı Metropoliteni hakaton layihəsinə start verir

İlham Haqverdiyev məhkəmə zalından azadlığa buraxıldı

Ermənistan da daxil, bütün qonşularımızla…

Sabirabadda Kür çayı məcrasından çıxdı

Azərbaycan mədəni irsin qorunması və innovasiyası üzrə beynəlxalq mükafata layiq görülüb

İrandan daha 19 kq narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb

Bütün xəbərlər