"Biz şəffaf imtahan tələb edirik" - Müəllimlərin etirazı davam edir // VİDEO

"dogruxeber.tv" xəbər verir ki, ötən gün bir qrup müəllim redaksiyamıza gələrək, mətbuat konfransı keçirmək istədiklərini bildiriblər.

Onlar 8 iyun tarixində keçirilən Sertifikasiya imtahanının nəticələrindən narazı qaldıqlarını deyərək, agentliyimizin tabeliyində fəaliyyət göstərən "Kanal14" YouTube kanalı vasitəsilə ölkə başçısına üz tutub, onların haqq səslərinə səs verməsini, imtahanın nəticələrinin ləğv olunması, yenidən və şəffaf şəkildə keçirilməsi üçün göstəriş verməsini xahiş ediblər.

Qeyd edək ki, sözügedən sertifikasiya imtahanından sonra Elm və Təhsil Nazirliyi tərəfindən 4300 müəllimin lazımi nəticəni toplaya bilmədikləri əsas gətirilərək, işlərinə xitam verilib. Onlardan bir qisminin sözlərinə görə, çalışdıqları məktəbin direktoru tərəfindən öz ərizələri ilə işdən çıxmağa məcbur ediliblər. Ərizə yazmadıqları təqdirdə Əmək məcəlləsinin 70-ci maddəsinin "C" bəndilə işlərinə xitam veriləcəyilə təhdid edilən müəllimlər, məcburiyyət qarşısında qalaraq, direktorların bu "tapşırıqlar"ına əməl ediblər. Ərizə yazmayan böyük əksəriyyətin işlərinə isə, artıq sözügedən maddə ilə xitam verilib.

Keçirilən imtahandan və nəticələrindən narazı qalan bütün müəllimlər heç də Elm və Təhsil naziri Emin Əmrullayevin çıxışında təbəssümlə dediyi kimi şəffaf imtahan keçirilmədiyini vurğuladılar. Bildirdilər, ən qısa zamanda mətbuat konfransı keçirərək, böyük auditoriya qarşısında hüquqlarının bərpasını tələb edəcəklər.



Bu günə qədər bütün müraciət və şikayətlərinə laqeyd yanaşan, göndərdikləri rəsmi məktublara şablon cavablar verən aidiyyatı qurumların onlarla dövlət, hakimiyyət arasında tikanlı məftil rolu oynadığını deyən müəllimlər qeyd etdilər ki, "Əgər hüquqlarımızın qanuni yollarla bərpasına nail olmasaq, qanunsuz yollara əl atacağıq. Çünki, aidiyyatı dövlət qurumları bizi məhz buna vadar edir".

QEYD: Qarşıdakı günlərdə Goranboy rayon Təhsil şöbəsinin müdiri Xəyal Məmmədov və Turab Məmmədov adına Hazırəhmədli kənd orta məktəbinin direktoru Təranə Cəbrayılova, barəsində redaksiyamıza daxil olan məumatlar və korrupsiya faktlarını təqdim edəcəyik.

Bizi izləyin !

Mövzu diqqətimizdədir.

Redaksiamız hər kəsin söz haqqını tanıyır.

dogruxeber.tv

Oxunub: 870

Son xəbərlər

Prezidentin köməkçisi: Şuşadakı Qazançı kilsəsi ilkin görkəminə qaytarılıb

Bakıda ucuz mebel adı altında sosial şəbəkələrdə dələduzluq edən keçmiş məhkum saxlanılıb

Diplomatik korpusun nümayəndələri Laçına yola düşüb

Azərbaycan neftinin qiyməti 2 %-dən çox azalıb

Tramp: Netanyahu və Aun mayın 11-də görüşə bilər

Xəzərdə zəlzələ olub

Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb

Cüdoçularımız ilk günü medalsız bitirdilər

Rusiyada evdə baş verən yanğında 7 nəfərlik ailə ölüb

Rusiya XİN: BMT TŞ-nin beş üzvü arasındakı deqradasiya strateji risklərin artmasına səbəb olub

Tramp: ABŞ Yaxın Şərq ölkələrində güc strukturunu yeniləməyə davam edəcək

“Riyad” ticarət mərkəzində mebel sexi yanıb

Azərbaycanda bu kanalların rəhbərləri HƏBS EDİLDİ

Tbilisidə səyyar ASAN xidmət: Azərbaycan vətəndaşları üçün xidmətlər göstəriləcək

Gevorq Papoyan: "Azərbaycandan tədarük olmasaydı, Ermənistanda benzin daha baha olardı"

Pineviç: Ağdamda aqroşəhərcik layihəsinin həyata keçirilməsinə 2027-ci ildə başlanacaq

AMB "Baku Pay"ə icrası məcburi göstəriş verdi

Bakıda əməliyyat: “bank əməkdaşları” saxlanıldı

Bakı Metropoliteni hakaton layihəsinə start verir

İlham Haqverdiyev məhkəmə zalından azadlığa buraxıldı

Ermənistan da daxil, bütün qonşularımızla…

Sabirabadda Kür çayı məcrasından çıxdı

Azərbaycan mədəni irsin qorunması və innovasiyası üzrə beynəlxalq mükafata layiq görülüb

İrandan daha 19 kq narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb

İncəsənət məktəb və mərkəzlərində buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada keçiriləcək

SOCAR yeni istiqrazlarına görə növbəti dəfə faiz ödəyib

Hüseynov Rahim Mahir oğlu TƏBİB-in İcraçı direktorunun müavini təyin olunub

Azad edilmiş ərazilərdə indiyədək 32 kütləvi məzarlıq aşkar edilib

Azərbaycanda şənbə günü 26 dərəcə isti olacaq

İsrail Livandan atılan PUA-nı ələ keçirib

Bütün xəbərlər