Gəncədə Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin bir qrup əməkdaşı məcburi işdən çıxarılır?

DogruXeber.tv: - Gəncə Şəhər İcra Hakimiyyəti Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin bir qrup əməkdaşı qurumda kütləvi işdən çıxarılma hallarının baş verdiyini iddia edir.

Müraciət edən və adlarının açıqlanmasını istəməyən həmin şəxslərin sözlərinə görə, Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi onlardan öz ərizələri ilə işdən çıxmağı tələb edir.

“Bəzilərimiz fəhlə işləyirik, bəzilərimiz küçə süpürürük, dalandarıq. 2026-cı ilin yanvar ayından bizi işdən çıxarmağa başlayıblar. İşçilərin Nazirlər Kabinetinin qərarına əsasən işdən çıxarıldığını deyən rəhbərlik bizi ixtisar etmir. Bizə ərizə yazıb işdən öz xahişimizlə çıxmağı əmr edirlər. Əks halda bizi işdən əmək məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi əsasında işdən qovacaqlarını deyirlər. Hər gün biz fəhlələrə işdən çıxmaq ərizəsini yazdırmaq üçün briqadirlər və sahə rəisləri tərəfindən təzyiq edilir”, – redaksiyamıza müraciət edən şəxslər bildirirlər.

Müvafiq sorğuya cavab olaraq Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyindən Yeniavaz.com-a verilən açıqlamada bildirilib ki, Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun Yerli icra hakimiyyəti başçılarının tabeliyində olan mənzil-kommunal təsərrüfatı sahəsində xidmət göstərən müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 dekabr 2025-ci il tarixli, 408 nömrəli qərarına əsasən Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyində struktur dəyişiklikləri aparılır:

“İlkin mərhələdə MKTİB-də çalışan və əmək müqaviləsinin müddəti başa çatan, həmçinin yaş həddi ilə bağlı əmək pensiyasına çıxan işçilərlə əmək müqaviləsinə xitam verilir. Nazirlər Kabinetinin yeni qərarı hazırda MKTİB-nin fəhlə və dalandar ştatlarında çalışan işçilərə şamil edilmir. “Bizə ərizə yazdıraraq işdən öz xahişimizlə çıxmağımız tələb olunur. Əks halda bizi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxaracaqlarını bildirirlər. Hər gün briqadirlər və sahə rəisləri tərəfindən fəhlələrə təzyiq göstərilir” iddiaları isə tamamilə əsassızdır. Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi fəaliyyətinin təkmilləşdirilməsi prosesini Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq həyata keçirir”.//Yeniavaz.com

Son xəbərlər

Sumqayıtda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var

Azərbaycanda hansı hallarda saytlara giriş məhdudlaşdırıla bilər?

Portuqaliya və İngiltərə ikinci oyununa çıxır

Hacı Şahinin oğlu məzun oldu

Qəbələdə 4 ton çətənə kolu məhv edildi

Litvanın Baş naziri istefa verdi

Bütün sosial ödənişlər bu tarixdə ödəniləcək

Xankəndidə kafedə İNSİDENT: həbs olunanlar var

İşdən çıxamağınızla bağlı ərizə yazmayın - Təhsil eksperti

İlham Əliyev həmkarını yola saldı

"Kəpəz" yeni baş məşqçisini açıqladı

Bir gecəyə silsilə oğurluqlar edən TUTULDU

Şəhid övladları liseyə qəbul olundular - ADLAR

"Politico": Cənubi Koreya dünyanın ən böyük silah təchizatçıları siyahısına düşüb

"Vaşinqtona etimad göstərmirik" - İran

Quterreş süni intellekt şirkətlərinə ÇAĞIRIŞ etdi

Yumurta yenidən bahalaşdı – 15 qəpik oldu

Özbəkistanda korrupsiyaya yol vermiş şəxslər reyestrə daxil ediləcək

Sabah bəzi yerlərə yağış yağacaq - PROQNOZ

Rusiya Ermənistana xəbərdarlıq etdi

Aİ rəsmisi: Orta Dəhlizi Türkiyəsiz təsəvvür etmək mümkün deyil

Kənd təsərrüfatı torpaqları 5 hektardan az satmaq mümkün olmayacaq

Bakı zooparkı ləğv olunur

Təbiəti çirkləndirənlərə ağır cəza: Azərbaycanda 7 min manatadək yeni cərimə

Azərbaycanda ən çox sürülən maşınlar - STATİSTİKA

TƏBİB-in icraçı direktoru Şuşada vətəndaşları qəbul edəcək

Toyda SİLAHLI İNSİDENT: yeniyetmə 11 nəfəri güllələdi

“Azeri Light” 80 dollara satılır

Keçmiş icra başçısına yeni vəzifə verildi - Foto

"Badam" klinikasının direktoru istefa verdi - SƏBƏB

Bütün xəbərlər